Icma.az
close
up
RU
Xocalı və Ağdərədə taxıl sahəsindən bol məhsul əldə olunub

Xocalı və Ağdərədə taxıl sahəsindən bol məhsul əldə olunub

Icma.az, Sia Az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş Xocalı və Ağdərə rayonlarında ilk dəfə pay torpaqlarında əkilən taxıl sahələrindən bol məhsul əldə olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə, Xocalı və Ağdərə rayonlarında min hektardan artıq ərazidə taxıl əkilib.

Xocalı rayonunun Ballıca kəndində həyata keçirilən "Torpaqların icarəsi" layihəsi çərçivəsində sakinlərin fəallığı xüsusi diqqət çəkir. Layihəyə 162 nəfər müraciət edib, onlardan 132-si təlim və imtahan mərhələsini uğurla başa vuraraq sertifikat əldə edib. Sertifikat alan 89 nəfərə, ümumilikdə, 1234,69 hektar torpaq sahəsi uzunmüddətli icarəyə verilib. Layihə çərçivəsində ailələrə orta hesabla 1,5 hektar torpaq sahəsi ayrılıb.

Kənd təsərrüfatının səmərəli təşkili məqsədilə Ballıca kəndində 9 kənd təsərrüfatı kooperativi yaradılıb. Bu kooperativlərdə 72 üzv birləşərək, 1052,01 hektar torpaq sahəsində fəaliyyət göstərir. Bununla yanaşı, kənddə 12 ailə kəndli fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda 42 üzv fəaliyyət göstərir və onların istifadəsinə, ümumilikdə, 152,68 hektar torpaq sahəsi verilib.

Qeyd edək ki, ilk əkin mövsümündə əldə olunan nəticələr, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlərin məşğulluğunun təmin edilməsinə, kənd təsərrüfatının bərpasına, bölgənin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verir, gələcək illərdə Xocalı və Ağdərənin ölkənin əsas taxılçılıq bölgələrindən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri