Xocalıda kütləvi və sirli məzarlıq: Qalıqların soyqırımı şəhidlərinə aidiyyəti yoxdur
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xocalı və Əsgəran arasında yerləşən ərazidə sirli qəbiristanlıq aşkar edilib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu tapıntı bölgədə geniş marağa səbəb olub.
Qəbiristanlıqla bağlı ilkin məlumatları təqdim edən soydaşlardan biri qeyd edib ki, bu məzarların Xocalı soyqırımı ilə əlaqəsi yoxdur.
Tapılan məzarlar daha qədim dövrlərə aiddir. İlk araşdırmalara əsasən, qəbirlərdən əldə olunan bəzi zinət əşyaları onların Xocalı soyqırımı ilə əlaqəsinin olmadığını təsdiqləyir. Bu məzarlar qədim bir tarixə işıq sala bilər.
Məsələ ilə bağlı daha ətraflı tədqiqat aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasından xüsusi bir heyətin əraziyə səfəri planlaşdırılır. Bu tapıntının Azərbaycanın tarixi irsi ilə bağlı hansı yeni məlumatlar təqdim edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, bu qəbiristanlıqla bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Məzarlığın aşkarlandığı ərazidən olan görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















