Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Xocalıya qayıdan kəşfiyyatçı: “İlk gün şoka düşürsən, güllə yağışı, partlayış, insanların harayı...”

Xocalıya qayıdan kəşfiyyatçı: “İlk gün şoka düşürsən, güllə yağışı, partlayış, insanların harayı...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya tarixiə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümüdür. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri erməni döyüşçüləri və Rusiyanın 366 -cı motoatıcı alay tərəfindən yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən, 613 günahsız insan məhz azərbaycanlı olduğuna görə qətlə yetirildi. Həmin illər keçdikdən sonra torpaqlarımız işğalçılardan azad edildi və həmin ərazilərə köç başlayıb. Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonuna indiyədək 164 ailə (766 nəfər) köçürülüb. Onlardan 52 ailə (204 nəfər) Xocalı şəhərinə, 112 ailə (562 nəfər) isə Ballıca kəndinə yerləşdirilib. 

Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. Məcburi köçkünlərin geri dönüşü mərhələli şəkildə davam etdirilir.

Üzərindən illər keçməsinə baxmayaraq, soyqırım şahidləri bu gün də həmin dəhşəti böyük ürək ağrısı ilə xatırlayırlar. 

“Cebheinfo.az”-ın müsahibi Xocalı sakini, həmin dövrdə kəşfiyyatçı olmuş Çingiz Məmmədovdur. Çingiz Məmmədov hazırda Xocalıda yaşayır.

-Xocalı faciəsindən uzun illər keçib. Həmin dövrü necə xatırlayırsız?

-Mən özünümüdafiə batalyonunda kəşfiyyatçı qrupda fəaliyyət göstərmişəm. Həmin hadisələri necə varsa, elə də xatırlayıram. Nə qədər ki, mən həyatda yaşayıram, o xatirələr mənimlə birlikdə yaşayacaq. Çox ağır xatirələrdir. 

Həmin dövr çox ağır günlər idi. Hər tərəfdən yollar bağlanmışdı. Yanvarın 1-dən etibarən vəziyyət kəskinləşdi, əhaliyə azuqə, silah-sursat ancaq vertolyot vasitəsilə gəlirdi. Sonra elə oldu ki, uçuşlar da dayandı, bir neçə gün fasilə verildi. Ancaq sonda ərzaq gətirildi. Fevral ayının 1-dən işıqlar fasilə ilə yanmağa başladı. Artıq ayın 15-dən işıqlar tamamilə kəsilmişdi. Bütün bunlar əvvəlcədən planlaşdırılmışdı. Əvvəlcədən hesablanmışdı ki, neçə istiqamətdən Xocalıya hücum olacaq. Biz o vaxt şəhərdən dağ hissəsi ilə çıxdıq. Qarlı günlərdə dağı aşıb Laçının Nurəddin kəndinə getdik. 

-Əsasən hansı ərazilərdə döyüşmüsüz?

-Şuşa özünümüdafiə batalyonu yaranmışdı, Müdafiə Nazirliyində mənim adım ikinci idi və mən də o batalyona qoşuldum. Sovet dövründə Daxili Qoşunlarda xidmət etdiyim, bəzi hərbi əməliyyatlardan məlumatım olduğu üçün məni kəşfiyyata seçdilər. Bir çox ağır əməliyyatlarda oldum. Bu gün sağ qalmağıma görə Allahıma borcluyam  ki, torpaqların azadlığını görmək mənə qismət oldu. 

-Xocalı soyqırımında itirdiyiniz yaxınlarınız varmı?

-Bəli. Orada mənim xalam və nəvəsi, həyat yoldaşımın əmisi və qızı əsir düşmüşdü. Sonralar onları Ağdam qəbiristanlığına gətirdilər. Həmin hadisə videokadrlarda var. Xocalı barədə yayılan kadrlarda olanlardan biri xalam, digərləri onun nəvəsi, yoldaşımın əmisi və qızıdır. Milli Qəhrəman Allahverdi Bağırovun iştirakı ilə onları dəyişdirdilər. İndi onlardan Xankəndinə də, Xocalıya da qayıdan var. Döyüş yoldaşlarımdan həyatda olanı var və onunla bugünlərdə Xocalıda görüşmüşəm. Mən hazırda Xocalının Ballıca kəndindəyəm. 

- Xocalıya qayıtmısınız. Öz doğma yurdunuzda hansı hissləri keçirirsiniz?

-Çox gözəl hisslərdir. Biz ermənilərin qurduğu məkrli oyunların qarşısında əyilmədik, qorxmadıq. Onlar bizi qorxutmaq, sındırmaq, bu faciə ilə xalqımızı əsarət altına almaq istəyirdilər. Ancaq biz təslim olmadıq, toparlandıq, gücləndik. Dövlətimizin yürütdüyü siyasət nəticəsində böyük işlər görüldü, doğma torpaqlarımıza qayıtdıq. Ermənilər öz layiqli cəzalarını aldılar. Mən şeirlərimin birində onu gözəl ifadə eləmişdim. 

Ermənilərin törətdikləri əməllərə baxmayaraq, ötən 33 ildə Vətənə qarşı sevgimiz alovlandı, gücləndi. Bizi bu sevgi, güc formalaşdırdı. Möhtərəm Prezidentimizin siyasəti nəticəsində güclü, qüdrətli Azərbaycan Ordusu yarandı və biz o mənfur qüvvələri torpaqlarımızdan çıxardıq. Artıq azad torpağımız, azad Qarabağımızdayıq. Bu, çox möhtəşəm hissdir. 

-Uzun illərdən sonra yenidən Xocalıya qayıdanda ilk səfər, ilk görüntü sizə necə təsir bağışladı?

-İlk gün gələndə elə bil şoka düşürsən, belə bir hal yaşayırsan. Bir anlıq həmin o güllə yağışları, partlayışlar, səslər, qışqırıqlar, insanların harayı lent kimi insanın gözünün qarşısından keçir. Ancaq yavaş-yavaş sonra görürsən ki, torpağına qayıtmısan, ayağın öz doğma torpağının üstündədir. 

Bu kənd elə bir vəziyyətdə idi ki, elə bil burada insan deyil, əksinə vəhşi heyvanlar yaşayıb. Hələ də təmizlənir, abadlıq işləri görülür. Möhtərəm Prezidentlə görüşdən sonra elə bir ab-hava yaranıb ki, sanki kəndə Günəş doğub. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri