Icma.az
close
up
RU
Xocavənd məktəbində Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib

Xocavənd məktəbində Şəhid Elzamin Tağıyevin xatirəsi yad edilib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin 3-cü sinfinə Vətən müharibəsi şəhidi, Şuşa Fatehi Tağıyev Elzamin Eyvaz oğlunun adının verilməsi tədbiri keçirilib.

Şagirdlər üçün Yaponiya səfirliyi tərəfindən tikilən yeni binada təşkil olunan tədbirdə şəhid Tağıyev Elzaminin valideyinləri – Eyvaz Tağıyev və Məlahət Tağıyeva, bacısı – Elnaz Aslanova,  YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsi Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev, şəhidin yaxın qohumları və məktəb rəhbərliyi iştirak etmişdir. Tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutu ilə başlamış daha sonra Şəhid Elzamin haqqında hazırlanmış qısa videoçarx təqdim olunmuşdur. Sinif rəhbəri Elnurə Məmmədhəsənova və Uşaq Birliyi Təşkilatı rəhbəri Ləman Cəfərova çıxış edərək Vətən müharibəsi haqqında məlumat vermiş, Şuşa Fatehi Şəhid Tağıyev Elzaminin döyüş yolu haqqında danışmışlar. Məktəbin direktoru Ülfət Nəsirov çıxış edərək bu ənənənin mahiyyətini və vacibliyini dilə gətirərək şagirdlərə vətənpərvərlik hissini aşılamaq, Şəhidlərimizi daim yad etmək hər bir azərbaycanlının ən ümdə vəzifəsi olduğunu bildirmişdir. 

YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov və Qarabağ Regional Gənclər və İdman İdarəsi Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev tədbir barədə öz fikir və hislərini dilə gətirərək şagirdlərə öz tövsiyələrini bildirmişlər.

Şəhid Elzaminin adını daşıyan sinifin şagirdləri tərəfindən hazırlanan "Elimizin zəfər zamini-Elzamin!" adlı qısa səhnəcik təqdim olunmuşdur. Yekunda şəhidin valideyinləri çıxış edərək öz hislərini şagirdlərlə və məktəb kollektivi ilə bölüşərək bu təşəbbüsü yüksək qiymətləndirdiklərini bildirərək həmin sinifə şəhid Elzaminin şəkillərindən ibarət xatirə fotosu hədiyyə verilmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri