Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Xocavənd əməliyyatı keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb FOTO

Xocavənd əməliyyatı keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb FOTO

Icma.az bildirir, Apa.az portalına istinadən.

“Xocavənd əməliyyatı”nın (1997-ci il) ildönümüdə 7 hərbçinin şəhid olduğu əraziyə səfər təşkil olunub, şəhidlərin xatirəsi anılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə təşkil edilən səfərdə şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Yuxarı Güzlək kəndi ərazisində Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə salınan guşə ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər hərbçilərin keçdiyi şərəfli döyüş yolundan danışıblar.

Bildirilib ki, 7 aprel 1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib.

Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.

Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Musatafayev, və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər.

Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar.

Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif kəşfiyyatçılarımız tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.

Çavuş Aqil Əhmədov ağır yaralanıb və huşsuz vəziyyətdə qalıb, döyüşçü yoldaşları onun şəhid olduğunu düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər.

Onlar sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar.

Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər tərəfindən aşkarlanıb və əsir götürülüb.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar.

Hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər.

Ermənilər tərəfindən əsir götürülən Aqil isə 1998-ci ilin fevral ayında məhkəmə qarşısına çıxarılıb, ona güllələnmə hökmü təyin edilib.

Azərbaycan dövləti tərəfindən Aqilin xilas edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Uzun sürən danışıqlardan sonra 1999-cu ilin mart ayında Prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olub, o, Vətənə qaytarılıb.

Həmçinin çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində torpaqlarımızın azad edilməsindən danışılıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərba olunub. Artıq azad edilən ərazilərə həyat qayıdıb keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşublar.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir guşə yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri