Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır.
TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
31 İyul 2026 16:38
TƏBİB Qarabağda tibbi xidmət infrastrukturunu genişləndirir: Xocavənddə təcili tibbi yardım bölməsi fəaliyyətə başlayıb
17 Sentyabr 2026 18:34
Yeni təcili tibbi yardım stansiyası istifadəyə verilib
25 Noyabr 2024 15:58
Zabratda yeni təcili tibbi yardım stansiyası istifadəyə verilib
25 Noyabr 2024 15:39
Baxış sayı:179
Bu xəbər 17 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















