Xocavəndin iki kəndinə qaz xətti çəkilir 140 ailəyə şad xəbər
Icma.az, Lent az saytına istinadən bildirir.
İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Azəriqaz” tərəfindən Xocavənd rayonunun yaşayış üçün hazırlanılan kəndlərində qazlaşdırma işləri mərhələli şəkildə həyata keçirilir: "Bu çərçivədə Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir. Kiş kəndində ümumilikdə 16 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 7018 metr xətt çəkilib. Kəndə cari ildə 110 ailənin köçürülməsi planlaşdırılır"
Q. Abdullayevqeydedibki, Güneyçartar kəndində isə yeraltı və yerüstü üsulla, polad və polietilen borulardan istifadə edilməklə ümumilikdə 4 519 metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub: "Hazırda 1388 metrədək xəttin çəkilişi tamamlanıb, ərazidə qazıntı işləri də həyata keçirilib. Kəndə cari ildə 30 ailənin köçürülməsi planlaşdırılır. Qazlaşdırma işlərinin başa çatdırılması ilə hər iki kənddə yaşayış üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və sakinlərin dayanıqlı təbii qazla təmin edilməsi nəzərdə tutulur.
O həmçinin bildirib ki, 2026-cı il ərzində işğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Hazırda ümumilikdə 263,5 kilometr qaz xətti çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 19 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















