Icma.az
close
up
RU
Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida

Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xolesterin səviyyəsi ürək sağlamlığını qorumaq üçün mühüm göstəricidir. Mütəxəssislərin fikrincə, gündəlik rasionda müəyyən qidaların istifadəsi xolesterini tənzimləməyə və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, "Very Well Health" nəşri xolesterini yüksək olan insanlar üçün faydalı qidaların siyahısını təqdim edib.

1. Paxlalar (lobya, noxud, mərcimək)

Paxlalar bitki mənşəli zülal və minerallarla yanaşı, xolesterini azaldan həll olunan liflə zəngindir. Bu liflər "pis" xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsini azaldır.

2. Qoz-fındıq

Qoz-fındıq sağlam yağlar, lif və antioksidantlarla zəngindir. Tədqiqatlar göstərir ki, qoz-fındıq yeyən insanlarda ürək-damar xəstəlikləri riski daha az olur. Qozda olan omega-3 yağ turşusu ürək üçün xüsusilə faydalıdır. Badam isə həm "pis" xolesterini azaldır, həm də "yaxşı" xolesterinin səviyyəsini qoruyur.

3. Avokado

Avokado tərkibindəki monoyumşaq yağlar və lif sayəsində LDL səviyyəsini aşağı salmağa kömək edir. Gündə bir avokado yemək xolesterin balansını yaxşılaşdırır.

4. Yağlı balıqlar (losos, ton, skumbriya, sardina, forel)

Bu balıqlar zülal və ürək üçün faydalı omega-3 yağ turşuları ilə zəngindir. Qaynadılmış və ya bişmiş formada yağlı balıq yemək metabolik sindrom və yüksək trigliserid riskini azalda bilər.

5. Arpa

Arpa bədəndə yağ və öd turşuları ilə qarşılıqlı təsirə girərək xolesterini aşağı salan beta-qlukan adlı liflərlə zəngindir. Müntəzəm arpa istifadəsi ürək xəstəlikləri riskini azaldır.

6. Soya məhsulları

Gündə təxminən 30 qram soya məhsulu qəbulu xolesterin səviyyəsini azaldır və ürək sağlamlığını dəstəkləyir.

7. Qara şokolad

Az miqdarda (70%-lik) qara şokoladın tərkibindəki flavonoidlər damar sağlamlığını yaxşılaşdırır və LDL səviyyəsini azalda bilər.

8. Meyvələr (alma, sitrus meyvələri, giləmeyvələr)

Bu meyvələrdəki pektin adlı lif növü xolesterinin azalmasına kömək edir. Gündə iki alma yemək ümumi xolesterin səviyyəsini aşağı sala bilər.

9. Tərəvəzlər

Tərəvəzlər azkalorili və liflə zəngindir, həmçinin orqanizmdə xolesterin istehsalını azaldır.

10. Çay (yaşıl və qara)

Çayda olan polifenollar və antioksidantlar damar divarlarını möhkəmləndirir və xolesterinin artmasının qarşısını alır.

11. Zeytun yağı

Xüsusilə "extra virgin" zeytun yağı monoyumşaq yağlarla zəngindir, LDL-ni azaldır və iltihabı azaldır. Kərə yağı kimi doymuş yağları zeytun yağı ilə əvəzləmək ürək üçün faydalıdır.

12. Bitki sterinləri və stanolları ilə zəngin məhsullar

Bu maddələr xolesterinin qana sorulmasının qarşısını alır. Onlar təbii olaraq dənli bitkilərdə, paxlalarda, meyvə və tərəvəzlərdə mövcuddur, həmçinin bəzi ərzaqlara (marqarin, pendir, apelsin şirəsi, çörək) əlavə olunur. Gündə 2 qram bu maddələrin qəbulu LDL səviyyəsini 8–10 faiz azalda bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri