Icma.az
close
up
RU
“Xorvatiya Azərbaycanı Cənubi Qafqazda enerji və təhlükəsizlik baxımından əsas ölkə kimi görür”

“Xorvatiya Azərbaycanı Cənubi Qafqazda enerji və təhlükəsizlik baxımından əsas ölkə kimi görür”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycanla Xorvatiya intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib strateji tərəfdaş, eyni zamanda dost ölkələrdir. İkitərəfli münasibətlərin inkişafı hər iki ölkənin marağındadır. Prezident İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq və Dostluq Münasibətləri haqqında Zaqreb Bəyannaməsi münasibətlərin yeni mərhələyə keçməsinə təkan oldu. 30 il əvvəl diplomatik münasibətlər quran ölkələrimiz əlaqələrin yeni müstəviyə qalxması istiqamətində praktik addımlar atır. Bu ölkənin parlament sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətinin bu həftə Azərbaycana səfəri də bu baxımdan əhəmiyyət kəsb edir. 

Xüsusi qeyd etməliyik ki, Xorvatiya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, cənab Prezidentlə görüş zamanı da xorvatiyalı qonaqlar Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələri də növbəti uğur kimi qiymətləndirdilər. Xorvatiya həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına daim dəstək nümayiş etdirib. Azərbaycanın haqq işini dəstəkləyən rəsmi Zaqreb yeni reallıqları alqışlayır və hər zaman regionda sülhün, firavanlığın bərqərar olunmasına tərəfdar olduğunu bəyan edir.

Yada salmaq yerinə düşər ki, Xorvatiya nümayəndə heyəti bir neçə il əvvəl eyni zamanda  işğaldan azad edilmiş ərazilərə də səfər ediblər. Burada erməni vandalizminin izləri, eyni zamanda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. 
Yeri gəlmişkən, Parlament diplomatiyası da ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verir. Azərbaycan və Xorvatiya həm ikitərəfli müstəvidə, həm də bir sıra beynəlxalq parlament təşkilatlarının işində bir-birini dəstəkləyir.  Parlamentlər arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə Bakıda səmərəli müzakirələr aparıldı. Q.Yandrokoviç Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə görüşdə də məhz mövcud imkanlardan istifadə etmək niyyətini bir daha diqqətə çatdırıb.

Rəsmi Zaqreb həm də Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolunu təqdir edir.  Xorvatiya şirkətlərinin Azərbaycanda elektrik enerjisi təchizatı layihələrinə və turizmə sərmayə yatırmaq üçün potensialı da nəzərdən keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri