Icma.az
close
up
RU
Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər qarşılarında Azərbaycanı görəcək Deputat

Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər qarşılarında Azərbaycanı görəcək Deputat

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın gələcək inkişaf strategiyası, Türk dünyası və bütövlükdə Avrasiya coğrafiyasında oynadığı əhəmiyyətli rolu və bununla bağlı beynəlxalq aləmə ciddi mesajlar verib.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ savaşından sonra yaratdığı reallıqlar dünya tərəfindən qəbul edilir və Bakı bu reallığın şərtlərinə uyğun olaraq yürütdüyü uğurlu diplomatiya nəticəsində öz hədəflərinə nail olmaqdadır:

“Birincisi, Prezident hədəflərə xidmət edən siyasəti nəticəsində işğala son verərək Azərbaycanın suverenliyini bərpa edib.

İkincisi, Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə Cənubi Qafqazda sülh gündəliyinin memarı və onun təminatçısıdır.

Üçüncüsü, sülh sazişinin imzalanması formal xarakter daşıyır. Yekun sülh imzalamaq üçün yeganə problem Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiadır. Bu məsələ həllini tapandan sonra yekun sülh sazişi imzalanacaq.

Dördüncüsü, Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər qarşılarında Azərbaycanı görəcək.

Beşincisi, 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanması və yekun sülh sazişi həm Cənubi Qafqaz regionu, həm Mərkəzi Asiya, Yaxın Şərq, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlıq üçün daha geniş imkanlar açır.

Altıncısı, Azərbaycan Avrasiya məkanında yeni bağlantı əlaqələrini yaradan xətlərin xəritəsini cızan ölkədir.   

Yeddincisi, Zəngəzur dəhlizi də bu logistik xətlərin tərkib hissəsi kimi, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən dəhlizin qovşağı olduğundan Avrasiya coğrafiyasında yerləşən ölkələrin əksəriyyəti bundan  yalnız faydalanacaqlar”.

Deputat əlavə edib ki, müsahibənin ən mühüm mesajlarından biri isə Türk dünyasının yeni dünya nizamının formalaşmasında qlobal oyunçu kimi meydana çıxmasında Azərbaycanın rolu ilə bağlıdır: “Prezident beynəlxalq aləmə mesaj verdi ki, Türk dünyası Avrasiyada geniş coğrafiyaya malik olmaqla yanaşı, çox böyük iqtisadi resurslara malik bölgəni əhatə edir. Bu gün Avrasiya coğrafiyasındakı logistik layihələrin türkdilli ölkələrin iştirakı olmadan reallaşması mümkünsüzdür. 

Prezidentin “Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dən sonra ikinci yerdədir. Azərbaycan ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın”, - mesajı isə o demək idi ki, türk dünyası təkcə siyasi, iqtisadi cəhətdən deyil, həm də hərbi cəhətdən də qüdrətlidir. Bu isə o deməkdir ki, Prezidentin əsas hədəfi türk dünyasının yeni dünya düzənində ciddi qlobal oyunçu rolunda çıxış etməsinə nail olmaqdır. İnanıram ki, yürüdülən uğurlu diplomatiya nəticəsində Azərbaycan türk dünyasının fəal qlobal oyunçu kimi beynəlxalq arenada sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunub, yeni qarşılıqlı maraqlara xidmət edən bərabərhüquqlu əməkdaşlıq formatlarının yaradılmasında müstəsna rol oynayacaq”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri