Icma.az
close
up
RU
Xronika: Atam deyirdi ki, 1915 ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar

Xronika: Atam deyirdi ki, 1915 ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Küçəyə çıxanda qonşu Xədicə xalanı yox, Hiranuşu görürdük" adlı veriliş Vedibasar mahalının Vedi rayonunun Şidli kənd sakini Xanımzər Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, 1970-ci ildə anadan olduğunu, 1988-ci ilədək uşaqlıq, yeniyetməlik, məktəb illərini kənddə keçirdiyini deyib: "Uşaqlığımız çox gözəl keçib. Altı küçədən və sırf azərbaycanlılardan ibarət olan kəndimizdə erməni yaşamırdı və SSRİ-nin Ermənistana aid olan hissəsində sonuncu kənd sayılırdı. Bizdən sonra Araz çayı idi, sonra isə Türkiyənin İğdır vilayəti idi. Ona görə kəndimizdə rus ordusunun Sərhəd Qoşunları yerləşirdi. Biz uşaq olanda gedib orada oynayırdıq, su gətirirdik. Novruzu xüsusi təntənə ilə qeyd edirdik. Qonşular bir-birinin evinə qonaq, bayramlaşmağa gedirdi".

Onun sözlərinə görə, ailədə 12 uşaq - 7 bacı, 5 qardaş olublar və 1988-ci ilin mart ayında ermənilər gecə kəndə hücum ediblər: "Ermənilər ultimatum göndərirdilər ki, kənddən çıxın, kəndi boşaldın. Amma camaat çıxmaq istəmirdi. Düşünürdük ki, dədəmiz, babamız burada yaşayıb, bura bizim torpaqlarımızdır, köçə bilmərik. Ermənilər kəndə 12 maşınla gəlmişdilər, əllərində silah da var idi. Camaat yolu bağladı, əlbəyaxa dava getdi. Biz erməniləri döydük və bundan sonra kəndimizə onlar mütəmadi təzyiqlərə, hücumlara, bizi təhdid eləməyə başladılar. 1988-ci ilin payız ayı idi. İnsanlar kənddən yavaş-yavaş evini satmağa, dəyişməyə başladı və camaat seyrəldi. Kəndə sülhməramlı qüvvələr gətirmişdilər, amma onlar sadəcə post-patrul xidməti yerinə yetirirdi. Kimsə kimi vurdu, döydü, öldürdü, ona fikir vermirdilər. Vəziyyət gərginləşəndə məcbur olaraq biz evimizi Tərtər rayonunun Bəyəmsarov kəndi ilə dəyişdik. Noyabrın axırında kənd tamamilə boşaldı, orada azərbaycanlı qalmadı".

Şidli kənd sakini 1915-ci ildə atasıgilin ermənilər tərəfindən kənddən qovulduğunu, onların piyada, arabalarla İrana getdiklərini, bir neçə ildən sonra yenidən Şidliyə qayıtdıqlarını, 1988-ci ildə isə ermənilərin kənddə qalan insanlara qarşı soyqırımı törətmək istədiklərini, lakin Naxçıvandan gələn kömək sayəsində camaatın xilas olduğunu bildirib.

1992-ci ilin may ayında könüllü olaraq 7 il orduda xidmət etdiyini, Qarabağ müharibəsində yaralandığını vurğulayan X.Həsənova doğma yurda qayıdacaqlarına əminliyini söyləyib: "Qarabağ torpaqları, rayonlar azad olduqca, düşünürdüm ki, biz Şidli kəndinə bir addım da yaxınlaşırıq. Ora bizim dədə-baba yurdumuz, qədim topraqlarımızdır. Biz ora qayıtmasaq, torpaq bizi bağışlamaz. Biz necə oranın həsrətini çəkiriksə, o torpaqlar da bizim həsrətimizi çəkir".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: "Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri