Icma.az
close
up
RU
Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan

Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Asnı" türk tayfasının adını yaşadan məkan" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş toponimi və Atdaş hidronimi haqqında söz açılıb.

Bildirilib ki, Cənubi Qafqazla bağlı xüsusi işğalçılıq planı həyata keçirən ermənilər havadarları ilə tarixi saxtalaşdırmaqla özlərinə aid olmayanı mənimsəyiblər.

Aslan xaraba - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayon ərazisində kənd olub.

Asnı - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda mövcud olan kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə qırğınlarla qovulublar. Kənd 1920-ci ildə ləğv edilərək xarabalığa çevrilib.

Atqız - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. 1831-ci ildən burada yaşayan azərbaycanlılar 1916-1918-cı illərdə deportasiya ediliblər. 1920-ci ildə azərbaycanlılar geri qayıtsa da, nəhayət, 1988-ci ilin noyabrında tamamilə doğma ocaqlarından qovulublar.

Atqoç - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd adıdır və XIX əsrin əvvəllərində ləğv edilib.

Artdaş və Atdaş - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd və çay adıdır. Kənd 1950-ci ildə ləğv edilib və onun yaxınlığında Qaraçı kəndi salınıb.

Sonda vurğulanıb ki, yaddaşlarda qədim türk-oğuz yurdu kimi qalan bu toponimlərin də adı ermənilər tərəfindən ləğv olunaraq və ya dəyişdirilərək izi itirilən qədim məskənlərimizin siyahısına daxil edilib: "Ancaq əminik ki, gec və ya tez bu məkanlar öz sahiblərinə qovuşacaq və qədim doğma adlar yenidən bərpa ediləcək".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri