Icma.az
close
up
RU
Xroniki yorğunluq nədir? Necə müalicə edilir? MƏŞHUR HƏKİM ŞƏRH ETDİ

Xroniki yorğunluq nədir? Necə müalicə edilir? MƏŞHUR HƏKİM ŞƏRH ETDİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Aylarla davam edən yorğunluq bir çox insanın problemidir. Problemin həlli üçün ilk öncə yorğunluğa səbəb ola biləcək xəstəliklər araşdırılmalıdır. Xroniki yorğunluq diaqnozu qoyulduqda, xüsusi müalicəsi olmayan bir prosesə girilir.

“Hər zaman yorğunam”, “Hər gün özümü yorğun hiss edirəm”, “İstirahət etsəm də əhvalım pisdir” bu və bu kimi şikayətlərdən əziyyət çəkənlər çoxdur. Üstəlik, bu, bəzən hal aylar çəkə bilər. Xroniki yorğunluq, həyat keyfiyyətini aşağı salaraq insanın həyatına mənfi təsir göstərir.

Yorğunluq və zəiflik bir çox xəstəliklərin əsas əlamətlərindən biridir. Buna görə də xroniki yorğunluq sindromunun diaqnozu dərhal qoyula bilməz.

Xroniki yorğunluq dedikdə nə nəzərdə tutulur? Nə vaxt tibb işçisi ilə məsləhətləşmək lazımdır? Müalicə prosesi necədir?

Yorğunluğun 6 ayı keçdiyi halda "xroniki" olduğu deyilir.

"Yorğunluğun xroniki olması üçün 6 ay lazımdır"

Bunu türkiyəli mütəxəssis Dr. Hacıoğlu deyib.

"Tibbdə hər şeyi kateqoriyalara ayırmağa çalışırıq. Burada adamın şərhlərini nəzərdən keçiririk, subyektiv məlumatları incələyirik. Bunu bəzi meyarlara bağlamaq lazımdır. Burada insanın əvvəllər etdiyi fəaliyyətləri analiz edilir. Psixoloji faktorlar da mütləq nəzərə alınmalıdır”,- deyə həkim bildirib.

O qeyd edib ki, yorğunluq hissi insandan insana dəyişir. Bəziləri əzələ ağrılarından, bəziləri baş ağrılarından, bəziləri isə yuxusuzluqdan şikayətlənir. Yorğunluq bir çox xəstəliyin əlaməti ola bilər.

Bəs yorğunluq hiss edən şəxs hansı mərhələdə həkimə müraciət etməlidir?

Yorğunluqdan həkimə müraciət edənlərə bu diaqnoz birbaşa qoyulmur.

“Xəstələr ilk dəfə bizə müraciət edəndə ağlımıza yorğunluğa səbəb ola biləcək xəstəliklər gəlir. Tibb ədəbiyyatında olan bütün xəstəliklərin ilkin simptomları arasında yorğunluq müşahidə edilir. Bu xərçəng, anemiya və ya hətta tiroid xəstəliyi ola bilər. Əslində diaqnozda problem burada yaranır. Biz bir çox əsas xəstəlikləri istisna etməliyik ki, bunu xroniki yorğunluq sindromu adlandıraq”.

Xroniki yorğunluğun diaqnozu necə qoyulur?

Yorğunluğa səbəb olan bir çox xəstəliklər var. Yoluxucu xəstəliklərdən ürək xəstəliklərinə, post-covid sindromundan böyrək çatışmazlığına qədər geniş spektrli xəstəliklər var. Bu simptomlar arasında yorğunluq var.

Xəstə yorğunluq səbəbiylə həkimə müraciət etdikdə qan, sidik və lazım olduqda təkmil görüntüləmə testləri aparılır. Son xəstəliklər qiymətləndirilir. Ailə tarixi öyrənilərək xərçəng kimi bir xəstəliyə genetik meylinin olub olmadığı qiymətləndirilir. Problemin depressiyaya bağlı ola biləcəyini nəzərə alaraq, müvafiq testlər də aparılır. Bütün xəstəlikləri istisna etdikdən sonra xroniki yorğunluq diaqnozu qoyulur.

“Müalicəsi çətin prosesdir”

Həkim bildirib ki, xəstəliyin müalicəsi çətin bir prosesdir. Problemin aradan qaldırılması üçün konkret dərman yoxdur. Hansı simptomun ön planda olmasından asılı olmayaraq, xəstə üçün nə edə biləcəyimizi nəzərdən keçiririk. Həyat tərzini dəyişməyi təklif edirik. Burada da idman ön plana çıxır. Əslində, o qədər paradoksal görünür ki, yorğun olan bir insan idman etmək də istəmir. Amma bu çox lazımlıdır, idman edərkən bədənimizdə endorfin adlanan müxtəlif hormonlar ifraz olunur. Bu hormonlar bizi daha xoşbəxt və dinc hiss etdirir.

Qidalanma yorğunluğu müalicə edə bilər

Xroniki yorğunluğu olan insanın pəhrizi də həkimlər tərəfindən tənzimlənir. Bu nöqtədə insanın yaşına və cinsinə görə hərəkət edilir.

Mütəxəssis qeyd edib ki, əldə etdiyimiz qan testlərində çatışmayan minerallar varsa, onları mütləq əvəz edirik. D vitamini çatışmazlığı varsa, onu əvəz etmək üçün gün işığından istifadə edərək bunu həll etmək üçün açıq havada gəzməyi tövsiyə edirik.

Və stress... Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanlar stressi idarə etməlidirlər.  Xəstəni idarə etmək üçün koqnitiv müalicələr tövsiyə olunur.

Sevinc Hüseynova

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri