Icma.az
close
up
RU
Xroniki yorğunluq sindromu

Xroniki yorğunluq sindromu

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Xroniki yorğunluq bir sindromdur. Xüsusilə təhsilli, gəlir səviyyəsi yüksək və çalışan seqmentdəki ağ irqdə daha sıx görülür.

Xroniki yorğunluq sindromu, çox məşhur bir sağlamlıq problemi olmasa da bir çox adama təsir edir. Xəstəlik,təxminən yüzdə 70 nisbətində qadınları və xüsusilə də 30-50 yaş qrupunu təsiri altına alır. Xəstəlik, hələ çox yaxşı tanınmayan, bu səbəblə də çox zaman diaqnozu qoyula və gözdən qaçan bir problemdir. Bununla birlikdə Avropa ölkələrində və Amerikada xroniki yorğunluq sindromu, uzun müddətdir ki, geniş yayılmışdır.

Xroniki yorğunluq sindromu səbəbi və başlanğıc tarixi tam olaraq bilinməyən ancaq çox da uzun və davamlı olmayan bir yorğunluğun ən az 6 ay və ya daha uzun bir müddət davam etməsiylə ortaya çıxan bir vəziyyət olaraq təyin olunur. Xroniki yorğunluq sindromu diaqnozu qoymaq üçün tibbi hekayə,fiziki müayinə, ruhi vəziyyətin və laboratoriya tapıntılarının qiymətləndirilməsi lazımdır.

Xəstəliyin diaqnozu:

Xroniki yorğunluq sindromu diaqnozu üçün aşağıdakı iki meyarın olması lazımdır: klinika olaraq qiymətləndirilmiş, naməlum davamlı və ya təkrarlayan yorğunluğun yeni və ya bilinən bir zamanda başlaması, davam edən bir hərəkətlilik nəticəsində olmaması, əsas olaraq dincəldikdə yüngülləşməməsi və mövcud iş, təhsil, ictimai və xüsusi həyat fəaliyyətlərində diqqətə çarpan azalmaya gətirib çıxarması, xroniki yorğunluq sindromunun olma ehtimalı düşünülməlidir.

Eyni zamanda aşağıdakı simptomlardan 4 və ya daha çoxunun olması və bunların ardıcıl 6 ay və ya daha uzun müddət ərzində davam etməsi və yorğunluqdan daha əvvəl başlamaması lazımdır.

1. Qısa müddət ərzində yaddaşda və ya konsentrasiyada əhəmiyyətli pozulma

2. Boğaz ağrısı

3. Limfa vəzilərində həssaslıq

4. Əzələ ağrısı

5. Müxtəlif oynaqlarda qızartı və ya şişlik olmadan ağrı olması

6. Yeni yaranan, şəkil dəyişdirən və ya ciddiləşən baş ağrısı

7. Səhər oyanan zaman özünə gələ bilməmə (yuxulu olma halının davam etməsi)

8. Edilən bir iş sonrası 24 saatdan daha çox müddətdə keçən qırıqlıq

Bu əsas simptomlar yanında qarın ağrısı, sinə ağrısı, sərsəmlik, xroniki öskürək, ağız və göz quruluğu, qulaq ağrısı, çənə ağrısı, səhər qatılığı, ürək bulanma, gecə tərləməsi, psixoloji problemlər (depressiya, əsəbilik, panik atak), nəfəs darlığı, dəri həssaslığı və kilo itkisi kimi simptomların mövcudluğu da ifadə edilir. Xroniki yorğunluq sindromunun mümkün səbəbləri 5 başlıq altında toplanır:

1. İnfeksion agentlər (xüsusilə bəzi viruslar)

2. İmmunoloji səbəblər (immunitet sistemiylə əlaqədar)

3. Hormonal səbəblər

4. Stress, sinir sistemi pozulmaları

5. Qidalanma pozğunluğu

Stress həyatın bir parçasıdır. Ancaq idarə edilə bilməyən stress başqa xəstəliklərin yanında xroniki yorğunluq sindromunun da ən əhəmiyyətli səbəbi olaraq görülür.

Xroniki yorğunluq sindromu diaqnozunu təyin edəcək xüsusi bir test yoxdur. Yorğunluq səbəbi ola biləcək digər klinika vəziyyətlər xaricləndikdən sonra diaqnoz qoyulur. Xüsusilə depressiya ilə xroniki yorğunluq sindromunun qarşılaşdırılmaması lazımdır. Bununla birlikdə xəstələrdə zamanla ruhi pozğunluqlar və xüsusilə depressiya meydana gələ bilər. Ancaq bu depresiya olan hər kəsdə xroniki yorğunluq sindromu var mənasını verməz.

Həyat keyfiyyətini necə təsir edir?

Xroniki yorğunluq sindromu həyat keyfiyyətinə mənfi istiqamətdə təsir edir. Bu sindromun təsiri altında qalan insanlar, ciddi bir əmək itkisinə uğrayır. Belə ki, bu itkin yüzdə 50-ə qədər çata bilir, hətta şəxs aylarla çalışa bilməyəcək nöqtəyə belə gələ bilir. Bunun yanında, şəxs yuxu problemləriylə qarşılaşdığı üçün gün ərzində diqqətini yığmaqda çətinlik çəkə, unutqan ola bilər və aqressiv hərəkətlər göstərə bilər.

Əvvəlcə stresi idarə etməyi bacarmalıyıq. Hər kəsin bir stress norması vardır və bu normanı aşmamaq lazımdır. Nizamlı həyat tərzi, yüngül fiziki məşqlər, sağlam qidalanmaq və ideal kilonu qorumaq da xroniki yorğunluq sindromu və bənzəri narahatlıqlardan qorunmaq üçün tətbiq olunması lazım olan təməl qaydalardır. Ayrıca yuxu ritminə diqqət etmək lazımdır. Rahat bir yuxu üçün yatağa girmədən əvvəl gündəlik bütün stress səbəblərinizi ağılınızdan uzaqlaşdırmaq, xoşunuza gələn mövzuları düşünmək və ya xoşlandığınız bir filmi seyr etmək nizamlı bir yuxunu təmin edə bilər. Spirt və siqareti azaltmaq da yorğunluqdan qurtulmada ən əhəmiyyətli faktorlardan biridir. Mümkünsə iş sıxlığını azaltmaq, məsuliyyətləri paylaşmaq və ya qısa müddətli iş mühitindən uzaqlaşmaq faydalı ola bilər. Yoga və meditasiyanın da faydalı olduğu ifadə edilir. Ayrıca mütləq həkim idarəsində olmaq şərti ilə müəyyən müddət üçün vitamin və mineral müalicəsi məsləhətdir.

Müalicədə nəyə diqqət etməli?

Diaqnozun qoyulması və müalicənin planlaşdırılması multidisipliner bir yanaşma şərti mütləq olaraq qeyd edilir.Yəni, müalicədən müvəffəqiyyətli nəticə alına bilməsi üçün psixiatr,psixoloq,fizyoterapevt, dietoloq,nevroloq və endokrinoloqun ortaq çalışması lazımdır.Diaqnoz qoyulduğunda həkimlər xəstəni etməsi lazım olan məşqlər,iş tempi,qidalanma vərdişləri,stressdən təmizlənmə üsulları, şikayətlənmələri artıran və azaldan faktorlar mövzusunda məlumatlandırır.Ardından şikayətə istiqamətli müalicə yoluna gedilir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

psixotest.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri