Icma.az
close
up
RU
“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi uğurla yekunlaşdı Fotolar

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi uğurla yekunlaşdı Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “XTQ Qəhrəmanlarının İrsi” layihəsi çərçivəsində təşkil olunan üç günlük xüsusi düşərgə proqramı uğurla başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, layihənin əsas məqsədi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) veteranlarının və şəhid ailələrinin övladlarına sosial-psixoloji dəstək göstərmək, onların sosial inteqrasiyasına töhfə vermək, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, vətənpərvərlik ruhunu yüksəltmək, eləcə də şəhidlərin və qazilərin qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edən mühit yaratmaqdır.

Layihə çərçivəsində 60-dan çox şəhid övladının iştirakı ilə üç günlük xüsusi düşərgə proqramı təşkil olunub. Düşərgə müddətində uşaqlar üçün maarifləndirici, psixoloji, mədəni, sosial və əyləncəli tədbirlər təşkil edilib, onların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, yeni bilik və bacarıqlar əldə etmələrinə imkan yaradılıb.

Düşərgənin ilk günü avqustun 17-də Lənkəran şəhərində başlayıb. İştirakçıların yerləşdirilməsindən sonra uşaqlar üçün Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində müxtəlif proqramlar təşkil olunub.

Düşərgənin ikinci günü iştirakçıların Masallı rayonuna səfəri ilə davam edib. İkinci günün mühüm maarifləndirici istiqamətlərindən biri də informasiya təhlükəsizliyi mövzusunda keçirilən təlim olub. Təlim zamanı uşaqlara sosial şəbəkələrdə qarşılaşa biləcəkləri risklər, şübhəli keçidlər və linklər, təhlükəli onlayn oyunlar, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları izah edilib. Bununla da layihənin iştirakçıların yalnız milli-mənəvi və sosial inkişafına deyil, müasir dövrün mühüm çağırışlarından biri olan rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsinə də töhfə verməsi təmin olunub.

Düşərgənin üçüncü günü iştirakçılar üçün xüsusi mənəvi və emosional əhəmiyyət daşıyan proqramla davam edib. Şəhid övladları Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində qonaq olublar.
Həmin ziyarət layihənin əsas ideyasının – qəhrəman şəhidlərin irsinin onların övladları vasitəsilə gələcək nəsillərə çatdırılmasının – ən mühüm məqamlarından biri olub.

Proqramın sonunda iştirakçılar üçün hazırlanmış tort kəsilib və düşərgənin üç günlük proqramı xoş və səmimi atmosferdə yekunlaşdırılıb.

“XTQ Qəhrəmanlarının İrsi” layihəsi – qəhrəmanların keçmişindən gələcəyin nəslinə uzanan mənəvi körpü kimi, şəhidlərin və qazilərin irsinin yaşadılması, onların övladlarının yanında olmaq və milli yaddaşın qorunması istiqamətində mühüm təşəbbüs olaraq uğurla yekunlaşıb.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Avqust 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri