Xüsusi icra məmurunun qəbul etdiyi qərarlar dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, icra sənədlerinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, vəzifəli şəxslər və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.
“Cebheinfo.az”
Baxış sayı:74
Bu xəbər 02 İyul 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















