Icma.az
close
up
RU
XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi fəlsəfi ideyalar

XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi fəlsəfi ideyalar

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Faiq Ələkbərli,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının
fəlsəfi dikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

IV Yazı

Həmin dövrdə ədəbi aləmdə bir-birinə qarşı mübarizə aparan iki tərəf meydana gəlmişdi. Bu mübarizədə ənənə tərəfdarları klassik üslubdan uzaqlaşmağı qəbul etmir, yeni üslubda yaranmaqda olan ədəbiyyatı, xüsusilə də mənzum ədəbiyyatı tənqid edirdilər. Klassik ədəbiyyat tərəfdarlarının ən nüfuzlu təşkilatı Məliküşşüəra Baharın yaratdığı və başçılıq etdiyi “Daneşkədə” ədəbi məclisi idi. “Təcəddüd” qəzeti ədəbiyyatda da yeniləşmə tərəfdarı kimi çıxış edərək köhnəliyi qəbul etmir, ənənədən ayrıla bilməyənləri şiddətli tənqid edirdi. “Təcəddüd” qəzetində ədəbi tənqidlə bağlı əsas məqalələr Təqi Rəfətə aid idi. O, fars, türk, fransız dillərində şeirlər yazıb, “İran” ədəbiyyatında “yeni şeir”­in əsasını qoyanlardan biri olub [7, s.162-163; 8, s.204].

Pərvanə Məmmədlinin fikrincə, “Sərvəti-fünün” ədəbi mək­təbinin Qacarlar dövlətində davamçısı olan Tağıxan Rəfət poeziyanı həm forma, həm də məzmun cəhətdən yeniləşdirmək, dili sadələşdirmək, Şərq motivlərini və poetik sistemini dəyişdir­mək kimi ədəbi məramı qarşısına məqsəd qoymuşdur. Çalışdığı “Təcəddüd” qəzetində özünə həmfikir və məsləkdaşlar tapmışdır... Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaratmış, sərbəst şeirin əsasını qoymuşdur. O, “Təcəddüd”də, “Azadistan” jurnalında açıq imza ilə və ya “Femina” təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərmişdir [9, s.184-186].

Qeyd edək ki, bəzi fars tədqiqatçıları çağdaş ruhlu, yenilikçi ədəbiyyatın banisi kimi Əli İsfandiyarinin adını çəkirlər. Halbuki ondan əvvəl Tağıi Rəfət, Şəms Kəsmai kimi azərbaycanlı-türk ziyalılar yenilikçi ruhlu ədəbiyyatın banisidirlər [10]. Maraqlıdır ki, həmin dövrdə Berlində çıxan “Kavə” qəzeti və onun baş yazarı S.H.Tağızadə isə Tağıxan Rəfəti təniqd edən yazılar yazmışdır. Tağızadənin yanı sıra Mahmud Qənizadə, Hüseyn Kazımzadə, İrəc Mirzə və başaqaları daöz yazılarında Rəfəti tənqid etmiş, onun şeirlərini bəsitlikdə, mənzasızlıqda ittiham etmişlər [10].

İslam Qəribli yazır ki, Rəfət Təbrizi özünü ictimai mövzular aləmində daha sərbəst hiss edirdi: “Tanış ola bildiyimiz şeirlərində biz onu, əsasən, cəmiyyətdən, onun insanı əzən qanunlarından, daha doğrusu qanunsuzluqlarından narazı bir şəxs kimi görürük. Bu narazılıq heç də bədbinlik və pessimizm notları ilə müşahidə olunmur. Şair xalqın parlaq səhərini mübarizədə gördüyündən vətən övladlarına məyus olmamağa, öz haqqını müdafiə edərək onu qazanmağa çağırır” [11, s.152].

“Azadistan”da dərc olunan yazılarının birində Rəfət gənclərə üzünü tutaraq yazırdı: “Tam sərbəstliklə düşünün və özünüzü hiss edin. Fikir və suallarınız yazın... Heç vaxt azadlıq hissinizi itirmə­yin. Başqalarını təqlid edərkən ifrata varmayın və mümkün qədər özünüz olun. Tənqid etməkdən qorxmayın, ancaq heç bir səbəb olmadan da yersiz tənqid etməyin. Ani, şiddətli bir hücum qarşı­sında da ilk düşüncələrinizdən heç vaxt qorxub vaz keçməyin” [10].

Güney Azərbaycanda sosial-demokratizm, milli-demokratizm və onların nümayəndələri

Güney Azərbaycanda sosial-demokratizmlə milli-dini ideyaların uzlaşmasından yana olub, bunu daha çox irəliyə aparan Seyid Cəfər Pişəvəri olmuşdur. Özünün də ifadə etdiyi kimi, əgər Xiyabani milli davanı təkbaşına və müəyyən çatışmazlıqlarla aparırdısa, Pişəvəri milli davanı daha sistemli şəkildə həyata keçirməyə çalışmış, ömrünün son illərində sosial-demokratiyadan daha çox milli-demokratik mövqe tutmuşdur.

Pişəvərinin ictimai-siyasi görüşlər­ində istər beynəlmiləlçi sosial-demokrat, istərsə də milli sosial-demokrat kimi olsun, əsas məsələ Azərbaycan xalqının milli oya­nışı, milli özünüdərk və milli azadlıq məsələləri olmuşdur. Əlbəttə, o, gənc yaşlarında sosial-demokratiya təliminə daha çox böyük ümidlər bəsləmiş, bu baxımdan Sovet Rusiyasının yaranmasına və digər xalqlara da azadlıqlar gətirəcəyinə inanmışdır. Bizcə, Pişəvəri adətən sosial-demokratizm əqidəsinin daşıyıcısı olsa da, zaman zaman milli demokratiyaya meyil göstərmiş, xüsusilə də Milli Hökumət zamanında bunu daha çox ifadə etmişdir. Bu anlamda Pişəvərinin sosial-demokratizmlə bağlı dünyagörüşün­dəki iki məsələni: 1) beynəlmiləlçiliyi, 2) milliliyi, nəzərə almaq lazımdır.

Bizcə, Pişəvəri uzun müddət sosial-demokratiya təliminə daha çox beyəlmiləlçilik mövqeyindən yanaşmış, yalnız bu kontekstdə Azərbaycan xalqının da xoşbəxt olacağını düşünmüşdür. Bu baxımdan Pişəvərinin Bakıda olarkən ancaq sosial-demokratlarla əməkdaşlıq etməsini, hətta milli demokratlara qarşı əks cəbhədə dayanmasını təsadüfi hesab etmək olmaz. 1918-1920-ci illərdə Bakıdakı sosial-demokrat əqidəli “Ədalət” partiyasının əsas fəallarından olan Pişəvəri “Lenin” adlı məqaləsində yazırdı ki, V.İ.Leninin başçılığı ilə Rusiyada 1917-ci ilin oktyabrında baş verən oktyabr inqilabı Şərq xalqlarını da, imperialistlərin yürütdüyü əsarətdəm, zülmdən xilas edəcəkdir[7, s.459].

O, “Ayılıbıdr” (“Hürriyyət”, 1919, avqust) feleytonunda da sosial-demokrat əqidəli birisi olaraq digər firqələri qəbul etmədiyini və doğru yolun ancaq kommunizmlə bağlı olmasına inanırdı. Pişəvəri yazırdı: “... sənə nə deyirəmsə sən şübhəsiz qəbul elə, çünki mən başqa firqəbazlar kimi şəxsi qərəzimi gözləmirəm. Həmişə ümumi mənfəətinə söz söyləyib çalışıram. İstər daşnak, istərsə o birisi, mənim üçün təvafütü yoxdur. Hər kəs ki insaniyyətə müzürr əməliyyata bulundu, düşmən hesab edirəm”[12].Pişəvəri digər bir feleytonunda da açıq-aşkar şəkildə milli hökuməti bəylərin-xanların hökuməti kimi tənqid edib, özünü fəhlə-kəndli sinfinin tərəfdarı kimi qələmə vermişdir[13].Bunun ardınca elə həmin məqaləsində Pişəvəri bəy-xan hökuməti hesab etdiyi Azərbaycan Cümhuriyyəti hökumətinin rəhbərliyinin dilindən kəndliləri satirik anlamda aşağılayan bir şeirini də vermişdir. Həmin şeirdən belə məlum olur ki, kəndli torpaq tələb etməməli, azadlıq istəməmli, bir sözlə özlərini bəy-xanla bərabər tutmamlıdır[13].

Pişəvəri Azərbaycan Cümhuriyyəti rəhbərliyini, o cümlədən Müsasvat firqəsini onda ittiham edirdi ki, bərabərlikdən, demo­krati­yadan bəhs etdikləri halda buna əməl etmirlər[14].Sovet Rusiyası təhlükəsi Azərbaycana yaxınlaşdığı bir dövrdə dünənə qədər “Müsavat”a üzv olan bəzi fəhlələrin oradan uzaqlaşmasını Pişəvəri sosial-demokratcasına şərh edirdi[15].Pişəvəriyə görə, Azərbaycandakı “ittihad”çılar, “müsavat”­çılar kimi Gürcüstandakı menşeviklər də bərabərlik, beynəlmiləlçilik məsələsində ikili yol tutublar. Ona görə, yalnız sosial-demokratlar bu məsələdə ən doğru yoldadır: “Məhz sosyalizm gərək elə olsun ki, Nikolay özü də həsəd aparsın. Beynəlmiliyyət deyilən şey bundan ibarətdir. Kim deyə bilər ki, menşeviklər burjaziyanın xeyrinə çalışırlar? Bu heç vaxt olmaz və qətiyyən yalandır. Menşeviklər mömün, müqəddəs, sülhcu, fəqət pambıq ilə baş kəsən insanlardır. Deyəsən, çox uzunçuluq etdim. Eybi yoxdur, sosyalist yoldaşları yaddan çıxarmaq olmaz. Onlar indi də millətçilikdən əl götürsələr, sosyalizma tez vücuda gələr. Onlar da layiqincə işləyə bilməzlər. Onlar üçün gərək millətçilik və başqa adlar ilə dünya inqilabını təxirə salıb, mücahidət gəstərsinlər”[15].

Seyid Cəfər Pişəvəri «Müsavat» haqqında bu fikirləri də irəli sürmüşdür: «Müsavat firqəsi Mərkəzi Komitəsi və bütün təşkilatlarında üç ayrı fraksiya hakim olmuşdu: 1) Kiçik burjua ünsürləri ilə birlikdə mərkəzdə mövqe tutan Məhəmməd Əmin Rəsulzadə qrupu; 2) İnqilabi hərəkatın təsiri altında qalan və sol təmayül göstərən Mirzə Bala Məhəmmədzadə qrupu; 3) Sağ cinaha mənsub olan Nəsib Bəy Yusifbəylinin mülkədar qrupu»[16,s.402].

Doğrudur, Pişəvəri bir sosial-demokrat kimi ancaq “Müsavat”ı deyil, eyni zmanda gürcü menşeviklərini və erməni daşnaklarını da tənqid etmiş. Xüsusilə də, Pisəvəri öz xatirələrində yazdığı kimi, erməni daşnaklarının Bakıda türk-müsəlman əhaliyə törətdiyi qırğınlardan dəhşətə gəlmişdir: «Mən 1918-ci il mart ayında daşnakların vəhşiliklərini, saysız günahsız adamların, xüsusilə bitərəf cənubi Azərbaycanlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşəm. Bu çox faciəli və nifrətəlayiq bir hərəkət idi» [16,s.398]. Ancaq o, bu oyunların mərkəzində məhz rus boleviklərinin dayanmasını, özəlliklə də onların erməni daşnaklarına hər cür dəstək verməsini çox gec anlamışdır.

Bizcə, 1930-cu illərdə Pəhləvilər rejiminin zindanında məhbus olarkən Pişəvəri müəyyən dərəcədə marksist sosial-demokratiya­dan uzaqlaşaraq milli-demokratiyaya doğru yönəlmişdir. Belə ki, o, həbsxanadan çıxdıqdan sonra sosial-demokatizm əqidəsində qalmağa davam etməklə yanaşı, milli məsələlərə daha həssasla yanaşmış, xüsusilə də, Səttarxan və Xiyabani hərəkatlarında baş verən hadisələri daha çox milli yöndən izah etmişdir[17,s.244].

Pişəvəri hesab edirdi ki, Azərbaycan xalqı XX əvvəllərindən başlayaraq Milli azadlıq hərəkatının yeni bir mərhələsini yaşamaqdadır. O, zərrə qədər də olsun şübhə etmirdi ki, Səttar­xanın başçılıq etdiyi Məşrutə hərəkatı Milli azadlıq yolunda çox mühüm bir mərhələ olmuşdur. 1945-ci ilin avqustunda Səttarxanın qəbri üstə təşkil olunmuş mitinqdəki nitqində Pişəvəri deyirdi: “Azərbaycanlı hiss edirdi ki, onun vətəni, mədəniyyəti və milli şəxsiyyəti vardır. Bunları qoruyub saxlamalıdır. O, anlayırdı ki, özbaşınalıq üsul-idarəsi, zorakılıq, quldurluq rejimi həmin böyük arzu qarşısında mane təşkil etmişdir”[16,s.16]

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri