XXI Əsrin Qadınları İB i ”Qurbanların səsi layihəsi çərçivəsində Bakı şəhərində tədbir keçirib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
XXI Əsrin Qadınları İB-i ”Qurbanların səsi" layihəsi çərçivəsində 2 iyun 2025-ci il tarixdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirib.
SİA xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis-leytenantı Xəyyam Nəcəfov, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, XXI Əsrin Qadınları İB-nin sədri və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, müəllimlər və tələbələr iştirak edib.
Tədbirdə insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 İyun 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















