Icma.az
close
up
RU
Yad mənşəli obyektləri tanımağın dörd yolu

Yad mənşəli obyektləri tanımağın dörd yolu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Astrofiziklər Günəş sistemində aşkarlanan yeni ulduzlararası obyektlər fonunda onların təbiətinin müəyyənləşdirilməsi ilə bağlı mübahisələri yenidən gündəmə gətiriblər. Məsələ xüsusən 3I/ATLAS adlı obyektin müşahidəsi ilə aktuallaşıb. Elm adamları bildirirlər ki, belə cisimlərin kometa və ya asteroid deyil, yad sivilizasiyaya məxsus süni ar­tefakt ola biləcəyini göstərən dörd əsas əlamət mövcuddur.

Qeyd edək ki, 2017-ci ildə aşkar edilən və hələ də müzakirə mövzusu olan Oumuamua bu mövzunun aktuallığını artırmışdı. Obyektin uzunluğu təqribən 230 metr, eni isə 35 metrdir. Bu qədər uzunsov formaya malik cisim əvvəllər müşahidə edilməyib. Bundan başqa, Oumuamua-nın hərəkəti zamanı sürətlənməsi alimlər üçün izahı çətin fenomen olub. Hesablamalara görə, sürət dəyişikliyi yalnız uçucu maddələrin püskürməsi ilə izah oluna bilərdi, amma obyektin ətrafında bunun əlamətləri müşahidə edilmədi. Buna görə də onu “qaranlıq kometa” adlandırırlar, yəni maddələri demək olar ki, tükənmiş, lakin hələ də az miqdarda su və qaz ehtiva edən göy cismi.

3I/ATLAS isə elm ictimaiyyətinə yeni mülahizələr üçün zəmin yaradıb. Astrofiziklər diqqət çəkirlər ki, bu obyekt demək olar ki, Günəş sistemində planetlərin hərəkət etdiyi ekliptika müstəvisində irəliləyir və xüsusi ilə Yupiter, Mars və Veneraya yaxınlaşır, lakin Yerə yaxın düşməkdən “çəkindiyi” müşahidə olunur. Bu isə bəzi alimlərə görə, gizli hesablanmış qravitasiya manevrlərinə bənzəyir.

Maraqlı nümunələrdən biri 2001-ci ildə baş verib. O zaman 2001 DO 47 adlı “asteroid” aşkar edilmişdi. Sonradan məlum oldu ki, bu, əslində, Günəş küləyini öyrənmək üçün göndərilmiş və hələ də fəaliyyət göstərən WIND zondu idi. Alimlər bunu kosmosda təbii obyektlə texnogen obyektin bir-birinə nə qədər bənzəyə biləcəyinin parlaq nümunəsi kimi qiymətləndirirlər.

ABŞ-da fəaliyyət göstərən bir qrup astrofizik arxiv.org portalında dərc olunan məqalədə dörd əsas əlamət sadalayaraq belə obyektlərin süni mənşəli ola biləcəyini vurğulayıb. Birinci əlamət gözlənilməz sürət və ya istiqamət dəyişikliyidir ki, bu da yalnız süni hərəkətverici vasitələrlə mümkündür. Məsələn, WIND zondu məhz belə tanınmışdı. İkinci göstərici isə işığın əks olunması və ya infraqırmızı şüalanmadır. Əgər obyektin səthində metal, şüşə və ya istilik buraxan texniki elementlər varsa, teleskoplarla qeydə alına bilər. Üçüncü əlamət qeyri-adi forma — silindr, disk və ya sfera ola bilər. Bu xüsusiyyət, adətən, obyektin öz oxu ətrafında fırlanması zamanı parlaqlıq dəyişikliklərindən müəyyənləşdirilir. Dördüncü əlamət isə darzolaqlı radio siqnallar və ya lazer işıqlarıdır.

Oumuamua üzərində aparılan müşahidələrdə belə siqnallar qeydə alınmasa da, alimlər hesab edirlər ki, Günəş sisteminə daxil olan hər yad obyekt diqqətlə izlənməli və bütün mövcud vasitələrlə araşdırılmalıdır. Yaxın gələcəkdə Çilidə istifadəyə veriləcək Vera Rubin Rəsədxanasının gücü və yüksək həssaslığı sayəsində bu cür ulduzlararası obyektlərin aşkarlanması artıq gündəlik müşahidə işlərinə çevriləcək.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri