Icma.az
close
up
RU
Yağışdan qaçıb doluya düşmək ... Avtomobil almaq istəyən şəxs üçün kredit sərfəlidir, yoxsa lizinq?

Yağışdan qaçıb doluya düşmək ... Avtomobil almaq istəyən şəxs üçün kredit sərfəlidir, yoxsa lizinq?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avtomobl alarkən hansı üsula üstünlük verilməlidir: lizinq, yoxsa kredit? Hər kəs avtomobil sahibi olmaq istəyir. Amma bu o qədər də asan başa gəlmir. Düzdür, ölkədə daxili kredit, bank krediti, lizinq və s. yollarla avtomobil satışını həyata keçirən fiziki şəxslər və şirkətlər var. Bəs avtomobil almağın ən uyğun yolu hansı ola bilər?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) nın idarə heyətinin sədri Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda son zamanlar avtomobil alışı zamanı daha çox nağd alışa daha çox üstünlük verilib.

Eyyub Əliyev

“Bəzi avtosalonlarda daxili kredit şərtləri olur. Bu, hissəli alış adlanır. Vətəndaşlar daha çox hissəli alışa da üstünlük verirlər. Ölkədə qanun var ki, lizinqlə avtomobil əldə etmək istəyəndə VÖEN açmaq lazımdır. Belə bir tələb var. Bu tələbin olması lizinqlə avtomobil almaqdan bəzi vətəndaşları çəkindirir. Çünki bu cür əlavə hesabatlar - rüblük hesabatlar, vergiyə hesabat verilməsi və s. insanları lizinqdən çəkindirir. İnsanlar əsasən kreditlə alışa üstünlük verirlər. Artıq bir çox insanların kredit tarixçəsində vaxtilə olmuş gecikmələrə görə insanlar kredit əldə edə bilmirlər. Xüsusən də, avtomobil kreditində daxili yanma mühərriki və avtomobil kreditlərinin ilkin ödənişinin 40 faizdən başlaması da insanları kreditdən çəkindirən amillərdən biridir”-deyə Eyyub Əliyev qeyd edib.

Eyyub Əliyev bildirib ki, elektrik və hibrid avtomobillərin ilkin ödənişləri 10 və 20 faizdən başlayır, amma daxili yanma mühərrikli, dizel və digər avtomobillərdə ilkin ödənişlər 40 faizdən başladığı üçün insanlar bundan da çəkinməli olurlar: “Bu səbəbdən də vətəndaşlar ikinci əl və yaxud da əl krediti olan insanlara müraciət edirlər. Burada müəyyən hallarda dələduzluq hallarının baş verdiyini görürük. Fərdi fiziki şəxs insanlara kredit verir, onların avtomobilini kreditləşdirir və sonra ortada mübahisəli hallar baş verir, vətəndaşın əlində heç bir sənəd sübut olmur və yekunda insanlar dələduzluq halları ilə qarşılaşmış olurlar”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri