Yağışlardan zərər görən vətəndaşlar nə etməlidir? Ekspertdən açıqlama
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində bir sıra vətəndaşların mənzillərinə və fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Yaranmış vəziyyətlə bağlı əmlak məsələləri üzrə ekspert Vüqar Oruc zərər görmüş şəxslərin atmalı olduğu addımları açıqlayıb.
Ekspertin sözlərinə görə, intensiv yağışlar nəticəsində zərər çəkmiş vətəndaşlar ilk növbədə müvafiq icra hakimiyyətlərinə müraciət etməlidirlər. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi vasitəsilə də lazımi tədbirlərin görülməsi mümkündür.
“Əgər zərər görmüş ev sığortalıdırsa, ilkin olaraq sığorta şirkətinə müraciət olunmalıdır. Sığorta olmadığı halda isə vətəndaşlar aidiyyəti dövlət qurumlarına üz tutmalıdırlar. Bu zaman xüsusi komissiya yaradılır, dəymiş zərər qiymətləndirilir və uyğun kompensasiya müəyyən edilir”, – deyə ekspert bildirib.
Vüqar Oruc qeyd edib ki, zərər çəkmiş şəxslər evin mövcud vəziyyətini əks etdirən fotoşəkillər çəkməli və onları müvafiq qurumlara təqdim etməlidirlər. Əgər kompensasiya ayrılmazsa, vətəndaşlar məhkəmə instansiyalarına müraciət edə bilərlər. Bu halda dəymiş zərərin rəsmi hesabatının təqdim edilməsi mütləqdir.
Havar Şəfiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 01 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















