“Yalandan deyə bilmərəm ki, kanalları izləmirəm, bu ayıb olar” FOTO+ÖZƏL
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ok!” bəli deməkdir. Deyilənə görə “ok” sözündən efirdə çox istifadə edirlər. Aparıcılar bu sözün əvəzinə “bəli” deyə bilərlər. Mütləq deyil ki, bu sözdən istifadə etsinlər. Bu həm də əcnəbi sözüdür”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib.
O daha sonra əlavə edib:
“Hər kanala heç olmasa gündə 15 dəqiqə vaxt ayıra bilirəm. Deyə bilmərəm ki, kanalları izləmirəm. Bu ayıb olar. Necə ola bilər ki, mən bu sahənin adamı olum, amma kanalları izləməyim? Bütün günü oturub hansısa kanala baxmıram. Ona imkan yoxdur, mən işləyirəm. Efirləri izləyərkən razı qaldığım məqamlar da var, narazı qaldığım məqamlar da. Bu təbii bir haldır. Telekanallarda ümüd verən, qənaətbəxş aparıcılar var. Yalan deyə bilmərəm ki, yoxdur. Onlar hər dəfə cəhd edirlər ki, özlərini təsdiqləsinlər. Sadəcə olaraq həmin aparıcılar da öz üzərlərində işləməlidirlər. Çox istərdim ki, bilmədiklərini zəng edib soruşsunlar. Bəzən elə kobus səhvlər edirlər ki.. Məni də, tamaşaçıları da əsəbləşdirirlər”.
Şərqiyyə Hüseynova bildirib ki, 60 il olacaq ki, televiziyadadır:
“19 yaşımdan televiziyada çalışıram. Bütün uğurlarıma görə televiziyaya borcluyam. Hazırda CBC kanalında dərs deyirəm, rusdilli gəncləri hazırlaşdırıram. Mən buna görə çalışıram ki, onlar işinin peşəkarı olsunlar, işini sevənlər televiziyaya gəlsinlər. Televiziyaya tanınmaq, maddiyat üçün gəlməsinlər. İşinin peşəkarı olsan maddiyat onsuz da gəlib səni tapacaq. Tənqid etməyə nə var ki? Bizdə bir verilişin üzərində kiçik komanda çalışır. Mən Rusiyada seminarda olmuşam, orada tamam fərqlidir. Verilişlər böyük komandalarla hazırlanır”, - deyə diktor bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 Dekabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















