Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Yalnız Allaha açıla biləcək sirr Peyğəmbərlik nədir?

Yalnız Allaha açıla biləcək sirr Peyğəmbərlik nədir?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Məhəmməd Füzulinin İsa peyğəmbər mövzulu qəzəlləri haqqında Fərid Hüseynin "Çarmıx mənzilləri" adlı essesini təqdim edir.

Alilər məqamı...

Dahi şair Məhəmməd Füzuli bir çox qəzəllərində dini düşüncə və qənaətlərini eşq fəlsəfəsinin timsalında izhar edir. Həmin qəzəllərdə sədaqəti, məhəbbətə münasibətdə mətinliyi təsvir edilən bəzi aşiqlərin dini düşüncələri həm də onların eşqə, sevgiyə əsaslanan əqidələrindən ibarətdir. Aşiqlər Allahı öz eşqləri, məhəbbətləri vasitəsi ilə daha yaxından tanıyıb sevirlər. Ona görə də Füzuli şeirlərində obrazlarını canlandırdığı bir sıra müqəddəsləri eşqə münasibətdə qismən də olsa adiləşdirir, yaxud onların obrazını daha sadə şəkildə təqdim edir.

Məsələn, bir qəzəlində yazır ki, min dirilik suyu aşiqin sevdiyi kəsin eşqi ilə can verir. Hətta dirilik suyu belə əbədi var olmaq üçün sevilənin dodaqlarına toxunmalıdır. Hətta dünya nemətlərindən arınmış Xızır və İsa peyğəmbərin dodaqları da yarın feyzi üçün təşnədir. Hamıya köməkdarlıq edən Xızır peyğəmbərə havadar olan eşqdir, yaxud ölüləri diriltməyə qabil İsa peyğəmbərə məhəbbətin gücü elə əlavə imkanlar yaradır ki, o, öz bacardığından daha ali möcüzələr göstərə bilir:
Can verir ləlin təmənnasıyla min abi-həyat
Feyzinə ləbtəşnə yüz Xızrü-Məsihadır sənin.

Yerlə göyün tərəzisi

Füzuli bəzi qəzəllərində yaxşı mənada ifrata varmağın, cilvəli sözü ağlagəlməz yollarla çatdırmağın əvəzsiz ustasıdır. Məsələn, bir qəzəlində yazır ki, sevdiyimə Məsihadan artıq qiymət qoysam, yerlə göy tərəzi tutub ağırı yüngüldən fərqləndirəcək. Mənaya diqqət edək: İsa Məsih həqiqi dəyərini – yəni əbədi müqəddəsliyini tam olaraq çarmıxda, yəni yerlə göyün arasında tapır. Yəni, bu məqamdaq tərəzi həm də çarmıx deməkdir. Çarmıxa çəkilmək İsanın ən ağır imtahanıdır, həm də cəmiyyətin mənəvən kəsildiyi, üzü qara çıxdığı bir sınaqdır. (Axı kral “İsanı seçirsiniz, yoxsa oğrunu” sualını verəndə xalqın müsbət cavabı peyğəmbərdən yana olmamışdı). Eşqdə də əsas olan məqamdır, necə ki İsa Məsihin əsas məqamı həyatda tutduğu həqiqi və əbədi yer (hər halda, sonda belə məlum olur) nəticə etibarı ilə çarmıx idi.


Nola dersəm, qədr ilə əfzun Məsihadan səni
Yerü-göy mizan olub fərq olmuş ağırdan yünül.


Eşqin ucalıqda təsvir edilməsini başqa bir qəzəlində də şair belə diqqətə çatdırır. Füzuli ayrı bir söz incisində aşiqin diliylə məşuqə deyir ki, getdiyin yolun tozu ona görə göyə ucaldı ki, dünyadakı ən böyük şöhrət – ali mərtəbəyə qalxmaq, Tanrıya sarı yönəlmək ancaq Məryəmin oğlu İsaya aid bir şöhrət olmasın:

Gərdi-rahın əzmi-gərdum etdi kim, bu qədr ilə
Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın.

Şair başqa bir qəzəlində də oxşar məzmunda fikir irəli sürərək vurğulayır ki, bəlkə, “İsanın tərkibi” sənin torpağındandır ki, yerdən göyə yüksəlib, ucalıqda qərar tutub. İsa Allahın tozudur deyə göyə – onu Yaradana doğru qalxıb. Sevən insanı da yaradan, var edən eşqdir, ona görə də insan sevəndən sonra – o eşqi qəlbimizə salan qüvvəyə – Allaha sarı yönəlir. İnsanın böyük eşqi sonda yalnız Allaha aça biləcəyi bir sirrə çevrilir.

Məgər tərkibi-İsa xaki-kuyi-dərgəhindəndir
Ki, durmuş xakdən qədrilə əzmi-asiman etmiş.

Eşqin zamandaşları

İsa Məsih Allah eşqi ilə, həqiqət naminə canını qurban verir. Aşiq biləndə ki, ölərək yarına qovuşacaq, bu, onun üçün o qədər də çətin məsələ, müşkül bir iş olmur. İsanın iztirabları, çarmıxda çəkdiyi minbir əzab adi insanlar üçün çətindir, çünki sadə bəndələrdən heç biri o əzablara qatlaşacaq qədər Tanrılarını sevmirlər. Həqiqətən sevənlər, riyasız aşiqlər üçün də eynən peyğəmbər sayaq can vermək asandır, çünki aşiqlər həm də Məsihanın həmzamanlarıdır, həqiqətə münasibətdə zaman dəyişməz olaraq qalır:

Aşiqə şövqünlə can vermək ikən müşkül degil
Çün Məsihi vəqtsən, can vermək asandır sana.

Azadlıq mərtəbəsi

Düşünürəm ki, Füzuli kamillik zirvəsinə gedən yolun bələdçilərindəndir və onun göstərdiyi mənəvi yolların izləri həm də tarixi təcrübəyə, olub-keçmişlərə bağlıdır. Füzuli eşq öyüdü verərkən aşiqə şərt qoyaraq deyir ki, əgər Məsiha sayaq dünyada ün görmək, ad qazanmaq istəyirsənsə, təəllüq (asılılıq. F.H.) zülmətini təcrid günəşinin mətlə (günəşin və ulduzun çıxdığı yer. F.H.) kimi qəbul elə. Burda gün görmək həm məcazi, həm də sözün həqiqi mənasında işlənir. İsa Məsih adi insanların təbiriycə desək, bu dünyada bir gün görmür, cahandan ayrılıq, təcridlik yolunu tutaraq göyə – əbədi müqəddəslik məkanına ucalır. Asılılıq zülmətdir, asılılıqdan – təəllüqdən xilas isə azadlıq, əbədi səadət deməkdir. Sidqi-ürəklə sevənlərə, həqiqi aşiqlərə eşq, böyük məhəbbət intəhasız azadlıq bəxş edir. Həm peyğəmbər olan İsa, həm də sevən kəs – həqiqi aşiq ən böyük qurbanı azadlıq yolunda verirlər. Ən böyük şöhrəti insan məhz azadlıqla qazana bilir. Bu mənada peyğəmbərlik həm də müqəddəsliyin ən uca mərtəbəsidir:

Təəllüq zülmətin təcrid xurşidinə qıl mətlə
Əgər aləmdə bir gün görmək istərsən Məsiha tək.

Aşiqlik mərtəbəsi

Aşiqin könül sədasını Allahdan savayı ancaq və ancaq həqiqi aşiq eşidə bilər. Ona görə də zülmkeşlərin əlindən dad edən aşiq öz sevgisi ilə göyə ucalaraq İsa Məsihin ətəyindən tutur. Aşiqin özü yerə bağlıdır, onu ucalığa, əlçatmazlığa ucaldan həqiqi sevgidir. Eyni zamanda necə ki İsa onu anlamayanların, mahiyyətcə tanımayanların əlindən, həqiqət Günəşinin əbədi yanması üçün çarmıxa ucalır, sonra isə qeybə çəkilir, eləcə də aşiq sevgisinin gücü ilə əvvəl ucalığa yüksəlir, sonra yoxluq aləminin sakininə çevrilir:

Dadlar qılmağa kafər əlindən gecələr,
Çıxar ahım göyə ta tutə Məsiha ətəgin.

Dünyadan əzəl...

Füzuliyə görə, eşq dünyadan daha qədimdir. Bu fikir onun bir çox qəzəllərində dönə-dönə təkrarlanır. Şairin təqdimincə, öncə eşq olub, sonra isə dünya yaradılıb. Aşağıda diqqətinizə təqdim olunan qəzəlin mənası belədir ki, hələ Məryəmin ətəyi Məsihanın beşiyi olmamış bir xaçpərəst məşuqun gözünün pərdəsini özünə məqam bilmişdi:

Pərdeyi-çeşmin məqam etmişdi bir tərsabeçə
Olmadan məhdi-Məsiha daməni Məryəm hənuz...

Öncə dünyada eşq var, ilk aqibətimiz eşqə aiddir deyə son aqibətimiz də eşqlə bağlı olmalıdır. Sonralar – yəni, eşqi dadandan sonra (min illər sonra) eşq vasitəsi ilə insan əsl taleyinə qovuşur. Eşq əsl alın yazısıdır. İnsan sevəndən sonra yenidən doğulur və eşqi vasitəsi ilə taleyini yaşayır. Eşq ona görə dünyadan daha qədimdir ki, dünya bərqərar olandan sonra insanın yaratmağa, qurmağa, yaşamağa həvəsi olsun. Yəni, dahi şairin məntiqiylə, bizim varlığımızı davamlıq edəcək mənəvi maraqları körükləyən eşq dünyadan daha əzəl olmalıydı ki, biz o hazır nemətlə yaşamağa özümüzdə güc tapa bilək.
Eşq gücdür...

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı" Balaxanıdakı sirli qəbiristanlıq – Bəhailər kimdir? MEDİA qəza ilə bağlı çağırış etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri