Icma.az
close
up
RU
Yalnız “Sabah”ın oyunçularının hərəkətlərini şərh edirsiniz, öz futbolçularınızdan danışmırsınız

Yalnız “Sabah”ın oyunçularının hərəkətlərini şərh edirsiniz, öz futbolçularınızdan danışmırsınız

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm”.

"Football-plus.az" xəbər verir ki, bunu Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə Bolqarıstan "Levski"sinə 0:1 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
48 yaşlı mütəxəssis rəqibə qarşı uzun müddət yaxşı mübarizə apardıqlarını bildirib:

“Levski” səviyyəli komandadı, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və hiss edirdim ki, bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik. İkinci hissədə isə, əlbəttə, rəqibin baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer – bu gün orada möhtəşəm atmosfer var idi – bu, ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi. İkinci hissədə iki real qol şansımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu sadəcə ilk oyundu. 90 dəqiqə geridə qaldı və indi “Levski”ni gələn həftə Bakıda qarşılayacağıq”.


Litvalı baş məşqçi yerli jurnalistin “Sabah”ın vaxtı uzatması ilə bağlı verdiyi sualı cavablandırıb:

“Bu barədə məndən soruşmaq absurddu. Matç 100 dəqiqə davam etdi, yorğun idik, Bakıdan Sofiyaya gəlmişik, oteldən stadiona 10 dəqiqəyə çata bilmərsən. Sualınızı zarafat kimi qəbul edirəm, amma hər zarafatda bir həqiqət var. Futbolçularıma baxın, onların həqiqətən tibbi yardıma ehtiyacı var. Çempionlar Liqasında və dünya çempionatında belə hər kəsin öz məqsədi olur, hər komanda qalib gəlmək istəyir. “Levski” Portuqaliya “Braqa” ilə belə oynayacaqdısa, mən sizin fikrinizi eşitmək istərdim. Siz yalnız “Sabah”ın oyunçularının hərəkətlərini şərh edirsiniz, öz futbolçularınızdan danışmırsınız, amma onların da əvəzlənməyə ehtiyacı var idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Avqust 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri