Icma.az
close
up
RU
Yanacaq böhranı: Azərbaycanda benzin şoku yaşanacaq?

Yanacaq böhranı: Azərbaycanda benzin şoku yaşanacaq?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Hörmüz boğazının uzun müddət bağlanması və dünyada yanacaq ehtiyatlarının azalması fonunda qlobal yanacaq böhranı artıq başlayıb. Bu kontekstdə dünya miqyasında kommersiya yanacaq ehtiyatlarının altı aydan çoxdur ki, tükəndiyi bildirilir. Bu vəziyyət bir çox ölkələrdə yanacağın qiymətinə də təsirsiz ötüşmür. Məsələn, Almaniyada yanacağın orta qiyməti litrinə 2.286 avro (2 avro 28,6 sent) təşkil edib.

Qlobal yanacaq böhranı fonunda Azərbaycanda nə gözlənilir? Yanacağın qiyməti bahalaşa bilərmi?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanacaq qiymətinin, xüsusən də benzin və dizel yanacağının bahalaşması gözlənilmir. Onun sözlərinə görə, ölkəmizə dizel ümumiyyətlə Tarif Şurası tərəfindən tənzimlənir:

“Dünya bazarı qiymətləri ilə xüsusi əlaqəsi yoxdur. Misal üçün, dekabr ayında neftin qiyməti 55-60 dollar olanda dizel və benzin 5-10 qəpik bahalaşdı. Bundan əvvəl 2024-ün iyulunda  həm benzin, həm dizel bahalaşmışdı. Yəni, Tarif Şurasının qərarı ilə mütəmadi olaraq qiymətlərə baxılır. Lakin bu zaman bir çox məsələlər müqayisəli şəkildə nəzərdən keçirilir. Yəni, kəskin bahalaşma və ya ucuzlaşma məsələləri əhaliyə əks etdirilmir. Çünki qiymətlər tənzimlənən qiymətlərdir və Tarif Şurası tərəfindən həyata keçirilir".

Xalid Kərimli: İndiki məqamda dizel və 92 markalı yanacağın qiymətinin artması təhlükəsi...

 Müsahibimiz qeyd edib ki, əsas nüans məhsulun yerli istehsal olması və qərarın buna uyğun verilməsidir. Lakin premium benzin xaricdən idxal olunur. Baxmayaraq ki, premium benzini özümüzün təmin etməyimiz üçün zavod da tikilmişdi.

"Reallıq budur ki, premium benzin hələ də xaricdən müəyyən qədər idxal olunur. Bu baxımdan qlobal yanacaq böhranı premium benzinin qiymətinə təsir edə bilər. Premium benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, SOCAR-ın təşkilatları əsasında tənzimlənir. Premium benzinin qiyməti dünya bazarı qiymətlərinə daha həssasdır. Lakin dizel və 92 markalı yanacağın qiymətinin artması təhlükəsi indiki məqamda mövcud deyil", - deyə Xaliq Kərimli vurğulayıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri