Icma.az
close
up
RU
Yanan dəfnə yarpağını otaqlarda gəzdirin və siz sözün əsl mənasında TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Yanan dəfnə yarpağını otaqlarda gəzdirin və siz sözün əsl mənasında TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Hər evin öz ətri var. Kimdəsə ətir və ya qəhvə, digərlərində isə yemək və ya isti süd iyi gəlir.

Lakin elə mənzillər də var ki, oradan həmişə təravət və təmizlik iyi gəlir.

Bu zaman insan orada özünü çox rahat hiss edir, çünki havadan heç bir süni və ya xoşagəlməz iylər gəlmir. Ümumiyyətlə evdən təravətli iylər gəlməsi üçün bir çox üsullar təklif olunur.

Onlardan biri də qədim yunanlar və romalıların tətbiq etdiyi üsuldur. Onlar dəfnə yarpağını təkcə kulinariyada deyil, həm də otaqların təmizlənməsində, xoşagəlməz qoxulardan və rütubətdən xilas olmaq məqsədi ilə istifadə edib. Bunun üçün dəfnə yarpaqlarına adi kibrit çöpü ilə sadəcə, yandırmaq lazımdır. Yeri gəlmişkən, əgər belə bir proseduru tez-tez təkrarlasanız, nəinki pis iylərdən xilas olacaq, həm səhhəti yaxşılaşdırmaq, həm də bəzi xəstəliklərin qarşısını almaq olar. Sübut olunub ki, dəfnə ağacı yarpağının qoxusu orqanizminə sakitləşdirici və ağrıkəsici təsir göstərir.

Dəfnə yarpağı epilepsiya tutmalarını, stress, yorğunluğun qarşısını almağa və yuxusuzluğu aradan qaldırmağa qadirdir. Bu onunla əlaqədardır ki, bu yarpaqdakı sineol maddəsində spesifik efir yağları var və o, nəfəs yollarını təmizləyərək bütün orqanizmin rahatlaşmasına xidmət edir.

Dəfnə yarpaqlarını yandırdıqdan cəmi 10 dəqiqə sonra öz təsirini göstərir. Bir müddət sonra otağı xoş qoxular bürüyəcək və siz özünüzü daha komfortlu hiss edəcəksiniz.

Yeri gəlmişkən, dəfnə yarpağı uğur, qələbə və təmizlik rəmzi sayılır. Bitkinin qəribə və magik xassələri hələ qədimdə müəyyən olunub. Dəfnə yarpağı ilə arzuların reallaşması üçün müxtəlif ayinlər keçirilib. Məsələn, indiyədək bəzi xalqlar giriş qapılarının yaxınlığına qoruyucu kimi bir neçə dəfnə budağı saxlayır. Necə deyərlər “Yatmış daşın altında su axmır”, ona görə də tənbəllik etməyin və bu ədviyyatın köməyi ilə öz istəklərinizi yerinə yetirməyə çalışın.

Arzularınızı dəfnə yarpağına yazın və ona od vurun. Əgər siz pozitivliyi sona qədər qoruyub saxlasınız, istəkləriniz mütləq yerinə yetəcək. Unutmayın ki, fikrin gücü möcüzələr yaradır, onun sehrinə inanın və sizin bütün arzularınız çin olacaq.

Bundan əlavə, dəfnə yarpaqları tarakanlarla mübarizədə olduqca səmərəlidir. Onların qoxusu tarakanları ürküdür. Üstəlik, belə bir vasitə həm ev heyvanları, həm də sizin övladlarınız üçün tamamilə təhlükəsizdir. Siz onları quru və ya təzə halda otaqların künclərinə qoya bilərsiniz. Amma daha yaxşı effekt üçün quru istifadə edin, çünki onların iyi daha kəskindir.

Ümumiyyətlə, dəfnə yarpağının faydalı xassələrini sayıb bitirmək çox çətindir. O, kulinariyada, müalicəvi məqsədlərlə, məişətdə və digər sahələrdə tətbiq edilir. Buna görə də ev üçün bu nadir ədviyyatı mütləq almaq lazımdır!

Publika.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri