Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır

Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Müşfiq Səfərov,

YAPBeyləqan rayon təşkilatının sədri

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. İllər keçdikcə baş verən hadisələrin, hər bir ölkənin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərin mahiyyəti daha dərindən dərk olunur. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya olmaqla yanaşı, ölkəmizin həyatında yeni bir mərhələnin  başlanğıcı, dönüş nöqtəsi oldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə tarixi müraciətində öz əksini tapmışdır. “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti özündə bütün məqamları ehtiva edirdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin nəticəsində ölkənin düşdüyü ağır vəziyyətdən xilasının mümkünlüyü geniş şəkildə öz əksini tapmışdır. Belə bir əminlik ifadə olunmuşdur ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.

Ümummilli Lider Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında  “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə partiyanın bu gününə və gələcəyinə inamını ifadə etmişdir. Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.

YAP fəaliyyətə başladığı ilk gündən xalqın xoşbəxt gələcəyi naminə Heydər Əliyev tərəfindən işlənib-hazırlanmış proqrama uyğun fəaliyyət göstərmişdir. Partiyamız bütün bu dövr ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, ərazi bütövlüyünün təmin edilməsinə, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulmasına, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılmasına müstəsna ideoloji dəstək vermişdir. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirmiş, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır. 
2003-cü ildən başlayaraq YAP Sədrinin birinci müavini kimi təşkilata rəhbərliyi həyata keçirən Prezident İlham Əliyevin səmərəli və novator fəaliyyəti 2005-ci ildə partiyanın III Qurultayında onun yekdilliklə YAP-ın Sədri seçilməsini şərtləndirdi. Bu, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasına aparan yolun başlanğıcı idi. YAP-ın ötən il baş tutmuş növbədənkənar VII Qurultayı isə təşkilatın siyasi həyatında yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Təşkilatın müasir çağırışlara uyğun yeni Məramnamə və Nizamnaməsinin qəbul olunması YAP-ın sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması isə idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm amildir.

Ən əsası, Azərbaycan xalqı üçün taleyüklü məqamlarda, 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərin qazanılması üçün heç də sonuncu şərt olmayan xalq-Prezident-ordu birliyinin, siyasi həmrəyliyin əldə olunmasında YAP-ın rolu əvəzedilməzdir. Bununla siyasi təşkilatların rolu və yeri baxımından hakim partiya 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu. Cənab İlham Əliyev YAP-ın cəmiyyətdəki və ideoloji müstəvidəki rolunu dəyərləndirərkən söyləmişdir: "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir... Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri