Icma.az
close
up
RU
Yanğın, fövqəladə hadisələrdən yüz faiz sığortalanmaq mümkün deyil AYDINLIQ GƏTİRİLDİ

Yanğın, fövqəladə hadisələrdən yüz faiz sığortalanmaq mümkün deyil AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Yanğın hadisələrinin yanğın təhlükəsizliyi qaydalarının, yanğın təhlükəsizliyinə aid olan təlimatların, yanma riski, yanma qabiliyyəti yüksək olan materiallar ilə yanğın təhlükəsizliyinin normativ tələblərinə uyğun davranılmaması səbəbindən baş vermək ehtimalı daha çoxdur". Bu sözləri SİA-ya danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev söyləyib.

O bildirib ki, ona görə bütün idarə və müəssisələrdə, təşkilatlarda hər bir iş yerində, fərdi yaşayış evlərində mütləq yanğın təhlükəsizliyi məsələsi ön planda olmalıdır: "Bu, qanunvericiliklə təsbit olunub. Yanğın təhlükəsizliyi haqqında qanun da var. Orada da göstərilib ki, bütün idarə, təşkilat, müəssisələr yanğın təhlükəsizliyi qaydalarına, tələblərə, standartlara mütləq ciddi riayət etməlidirlər. İlk növbədə, yanğın təhlükəsizliyinə dair olan təlimatlar, qaydalar, obyektdə yanğın təhlükəsizliyi rejimi yaradılmalı, işçilərin bu barədə bilik və bacarıqlarının olması, yanma riski yüksək olan materialların düzgün saxlanması, daşınması, emalı, onunla yanğın təhlükəsizliyinə uyğun olaraq davranma həyata keçirilməlidir ki, yanğın təhlükə riski baş verməsin. Daha sonra obyektdə yanğın təhlükəsizliyinin normativ standartlarına uyğun olaraq təchizat ilə, hansı ki, ehtiyat su çəni, ilkin od söndürmə vasitələri, yanğın xəbərdarlıq siqnalizasiya vasitəsitələri, yanğın şkafları saz vəziyyətdə olmalıdır. Daha sonra isə işçilərin bu barədə bilik və bacarıqlarının olması lazımdır. Bunlar hər biri eyni anda görülən işlərdir ki, yanğın baş verməsin. Baş verərsə də, ilkin olaraq işçilərin bilik və bacarıqları sayəsində əldə olan, yanğın təhlükəsizliyinə aid olan təchizat sayəsində bunun qarşısını vaxtında almaq mümkün olsun. Ona görə, bu, kompleks görülən tədbirlər planıdır".

"Yanğın, fövqəladə hadisələrdən yüz faiz sığortalanmaq mümkün deyil. Ancaq önləyici tədbirlər görməklə, təchizatı saz vəziyyətdə saxlamaqla, yanğın təhlükəsizliyinə aid olan tələblərə riayət etməklə, işçilərin bu barədə bilik və bacarıqlarını artırmaqla baş verə biləcək hadisələri, dəyə biləcək zərərləri minimuma endirmək olar. Ona görə, hesab edirəm ki, bütün müəssisə, obyektlər yanğın təhlükəsizliyinə aid olan rejim yaratmalıdır. Bu rejimdə işçilərin necə hərəkət etməsi olmalı, düzgün davranış qaydaları sərgilənməlidir.

Yanğınların statistikasında böyük əksəriyyət elektrik qapanmasının üzərinə düşür. Elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır. Elektrik təsərrüfatına mütəmadi olaraq ixtisaslaşmış müəssisə tərəfindən baxış keçirilməsi təmin edilməlidir. Elektrik naqillərini saz vəziyyətdə saxlamaq lazımdır. Normadan artıq yüklənməməsinə diqqət yetirmək, açıq oddan istifadə etməmək lazımdır. Elektriklə işləyən məişət cihazları nəzarətsiz buraxılmamalıdır. İş vaxtı bitdikdən sonra otağı tərk edən zaman cərəyandan ayırmaq lazımdır. Bunların hər biri kompleks görülən tədbirlər planıdır ki, yanğın hadisəsi baş verməsin. Hadisə də baş verdikdə vaxtında qarşısını almaq mümkün olsun" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri