Icma.az
close
up
RU
Yanıq zamanı çox sadə YARDIM ÜSULU VİDEO

Yanıq zamanı çox sadə YARDIM ÜSULU VİDEO

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Təəssüf ki, insanlarımızın əksəriyyəti həkiməqədər ilk yardımın necə düzgün göstərilməsi haqqında məlumatsızdır. Söhbət hətta infarkt, insult kimi ağır hallardan deyil, adi yüngül məişət travmalarından gedir.

Məişətdə ən yayılmış travmlardan biri yanıqdır. Ailə üzvləriniz, dostlarınızdan soruşun - qaynar su və ya isti əşyaya toxunduqdan sonra yanıq əmələ gəlibsə yardım necə göstərilməlidir? Heç şübhəsiz ki, “yumurta çək”, “diş pastası ən yaxşı vasitədir”, “qatıq hamısından yaxşıdır”, “bitki yağı sürt, bağla”, “bir az bal çək” və s. kimi biri birindən “faydalı” məsləhətlər alacaqsınız. Təbii ki, bunlar hamısı səhvdir.

Saglamolun.az bildirir ki, zərərçəkmişin vəziyyətini yüngülləşdirmək, ağrıları azaltmaq, suluqların əmələ gəlməsinin qarşısını almaq üçün yanmış sahəni sadəcə 10-15 dəqiqə ərzində soyuq axar suyun altında saxlamaq lazımdır. Bu qədər.

Yanıq zamanı artıq istilik yaranır. Bu istilik hətta isti əşya və ya qaynar su ilə təmas qurtarandan sonra dərini və daha dərində yerləşən toxumaları zədələməyə davam edir. Bu artıq istiliyi “çıxartmaq” lazımdır. Soyuq axar su burada ən yaxşı vasitədir. 

Əksinə yanmış sahəyə yumurta, yağ, bal, “pasta” və s. kimi “vasitələr” çəkiləndə artıq istilik çölə çıxmır, zədələnmiş yerdə qalır və yanıq prosesi davam edir. Dediklərimiz günəş yanıqlarına da aiddir, orada da ilk yardım soyuq axar sudan başlamalıdır. 

Zədələnmiş yeri soyuq su ilə soyudandan sonra ona “zövqünüzə görə” yağ, bal, yumurta və s. çəkə bilərsiniz. Bu heç bir fayda verməsə də, artıq ziyan da vurmayacaq.   

Nəzərə alın ki, yanmış yerə buz da qoymaq olmaz. Soyuq olsa da buz dərini daha da “yandıracaq”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri