YAP Ağdam rayon təşkilatının inzibati binasında partiyanın veteran üzvü Qara Qasımovun 75 illik yubileyi münasibətilə görüş keçirilmişdir
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.







Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının inzibati binasında partiyanın veteran üzvü, uzun illər rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olmuş Qara Qasımovun 75 illik yubileyi münasibətilə görüş keçirilmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubiliyarı təbrik etmiş, onun qayğıları ilə maraqlanmışdır. Yubiliyar Qara Qasımov qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Görüşdə çıxış edən YAP fəallarından Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Ağdam Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri Bəhram Qurbanov, Günel Əbdülqadir, Zakir Əliyev və başqaları Partiya veteranı Qara Qasımovun əzmkar, əməksevər, dövlətə, dövlətçiliyə sadiq bir insan olduğu qeyd etdilər.
Yubiliyar da öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə, Ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.


