Icma.az
close
up
RU
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr Zəfər Günü həsr olunmuş tədbir keçirib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı,Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, ərazi partiya təşkilat sədrləri və bir qrup şəhid valideyni iştirak ediblər.

Çay süfrəsi arxasında keçirilən tədbirdə giriş nitqi edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. Qeyd edilib ki, xalqımız artıq 5-ci ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Gününün birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunduğunu bildirərək,bu böyük qələbəninMüzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhid və qazilərimizin sayəsində, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsiləqazanıldığını vurğulanıb. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini, yaşayış evləri, yol-nəqliyyat, iqtisadi infrastruktur sahələrinin sürətlə bərpa edildiyini, ən əsası işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin müasir standartlara uyğun həyata keçirildiyi qeyd olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsini, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, bu günlərdə isə Zəfərimizin 5-ci ildönümü münasibətilə hərbi paradınBakıda keçirilməsinin xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb. Xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyini vurğulayıb.

Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ataları, ərazi partiya təşkilat sədrləri və digər iuştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın dövlət rəhbərimizin ətrafında sıx birləşdiyini vurğulayıblar.

TədbirdəTəzəkənd kənd ərazi partiya təşkilatının sədri Rüdinil Bağırov 65 illik yubileyi münasibəti ilə YAP Biləsuvar rayon təşkilatının qarşısındakı uzunmüddətli səmərəli xidmətlərinə görə “Təşəkkürnamə”ilə təltif edilərək ona hədiyyə təqdim edilmişdir.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri