Icma.az
close
up
RU
YAP ın Ağsu rayon təşkilatı “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tədbir keçirdi FOTO

YAP ın Ağsu rayon təşkilatı “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tədbir keçirdi FOTO

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

23 sentyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Ağsu rayon Heydər Əliyev Mərkəzinin və Orta əsr Ağsu şəhəri Qoruğunun birgə təşkilatçılığı ilə Ağsu rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, MİRAS İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Ağsu rayon Heydər Əliyev Mərkəzinin məsul işçisi İlahə Usubəliyeva iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olub.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Daha sonra Konstitusiya və Suverenlik ili ilə əlaqədar hazırlanmış videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev çıxışında Azərbaycanın ilk Konstitusiyanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş ictimai müzakirələr şəraitində hazırlandığını, Əsas Qanunda demokratik dəyərlərin öz əksini tapdığını vurğulayıb. Diqqətə çatdırıb ki, 1995-ci ildə Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul olunmasından sonra müstəqil dövlət quruculuğu başlandı. Artıq Azərbaycan böyük inkişaf yolu keçərək güclü dövlətə çevrilib. “Şanlı Qələbəmizin qazanılmasının ciddi əsasları var. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz bütün istiqamətlərdə gücləndi. Nəticə etibarilə, ölkəmiz möhtəşəm Qələbəyə imza ataraq öz ərazi bütövlüyü və suverenliyini təmin etdi”. Sədr müavini qeyd edib ki, yüksək vətənpərvərlik ruhunda formalaşan gənclərimiz bu müqəddəs işdə tarix yazdı. O deyib ki, öz qanları, canları hesabına tarix yazan vətənpərvər Azərbaycan gənclərinin həyat yolu gələcək nəsillər üçün nümunə oldu.

Tədbirdə çıxış MİRAS İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Ağsu rayon Heydər Əliyev Mərkəzinin məsul işçisi İlahə Usubəliyeva və Ağsu şəhər 1 saylı tam orta məktəbin müəllimi Sənan Nemətov ölkəmizin dövlət suverenliyinin əhəmiyyətindən bəhs edərək, Azərbaycanın müstəqillik tarixini xatırladıb, xalqımızın əzmkarlığı, dövlətçilik ənənələri və milli birliyi sayəsində ölkəmizin suverenliyinin qorunub saxlanıldığını bildiriblər. Həmçinin dövlətimizin iqtisadi və siyasi inkişafına verdiyi töhfələri, Prezident İlham Əliyevin uzaqgörən siyasətini və ordumuzun rəşadətini xüsusi vurğulayaraq, 44 günlük Vətən Müharibəsi nəticəsində əldə olunmuş tarixi zəfəri, 2023-cü il antiterror tədbirlərini və ərazi bütövlüyünün təmin olunmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Redaktor.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri