YAP ın yaranması ölkəmizin müstəqil siyasi inkişafına yeni istiqamət verdi ŞƏRH
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 21-i Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümüdür və bu tarixi gün ölkəmizin siyasi həyatında mühüm əhəmiyyətə malikdir. Müasir, müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtəsi hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. 21 noyabr 1992-ci il tarixi Azərbaycan ictimai-siyasi həyatının ən əlamətdar səhifələrindən biridir. Məhz həmin gün, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan YAP yaranıb. Məhz, 33 il əvvəl xalqın ictimai-siyasi, mədəni-mənəvi və intellektual yüksəlişində əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb.
Əslində, YAP-ın 33 illik fəaliyyəti, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib.
İnkaredilməz həqiqətdir ki, müstəqilliyin ilk illərində, o cümlədən YAP yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü.
Belə bir şəraitdə Azərbaycan xalqı ümidini Heydər Əliyevə bağlamışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Partiya yaradılmasını təklif etməsi bunun əyani ifadəsi idi. Ümummilli Lider isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.
Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi.
Ulu Öndərin siyasi mirası olan YAP ötən 33 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 740 mindən çox vətəndaşı birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanması bu reallığın təsdiqidir.
Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. YAP, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır.
Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiya və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi haqqında danışarkən, ilk növbədə, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dedyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.
Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması, 19-20 sentyabr tarixində uğurlu lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və 15 oktyabr tarixində Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın ucaldılması ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, konstitusyon hüquqlarımızın və tarixi ədalətin tam bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti Zəfər Günü kimi Azərbaycan tarixinə əbədi yazıldı: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
15 oktyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi.
15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. İşğal altında olan torpaqlarımızı dəmir yumruqla azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu - Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir.
Bu gün yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin dəfələrlə yüksək tribunalardan səsləndirildiyi kimi, yeni Azərbaycan gerçəkliyini yaratmış, yaradılmasının 33-cü il dönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək. Ümummilli Liderin dediyi kimi, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır! “
Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. Yeni Azərbaycan Partiyası 33 illik fəaliyyəti ərzində Azərbaycanın siyasi və sosial-iqtisadi inkişafına mühüm töhfələr verib və gələcəkdə də ölkənin güclü, sabit və dayanıqlı dövlət olaraq inkişafına əsas dayaqlardan biri olaraq qalacaq.
İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 33 illik şərəfli tarixi yol əbədi olacaq.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Noyabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















