Icma.az
close
up
RU
“YAP ın yaradılması ölkənin gələcək siyasi sabitliyinin, müstəqil inkişaf yolunun başlanğıcı oldu” Adəm İsmayıl Bakuvi

“YAP ın yaradılması ölkənin gələcək siyasi sabitliyinin, müstəqil inkişaf yolunun başlanğıcı oldu” Adəm İsmayıl Bakuvi

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən çətin, eyni zamanda dönüşlü dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə dərin siyasi böhran, iqtisadi tənəzzül və separatizm təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət institutları iflic vəziyyətinə düşmüş, idarəçilik xaosa bürünmüşdü. Belə bir zamanda xalqın gələcəyi barədə düşünən ziyalılar – elm və mədəniyyət xadimləri, ictimaiyyətin nüfuzlu nümayəndələri – ölkəni xilas edə biləcək yeganə yolun milli həmrəyliyin bərpası və dövlətçilik ənənələrinin bərqərar olunması olduğunu dərk etdilər. Onların bu düşüncəsi “91-lər”in tarixi müraciətində öz təcəssümünü tapdı. Həmin sənəd xalqın səsini, onun arzu və ümidlərini ifadə edirdi. Ulu Öndər Heydər Əliyev məhz ona ünvanlanan bu müraciətə cavab verərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi sabitliyinin, müstəqil inkişaf yolunun başlanğıcı olacaq.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ifadə edib.

Partiya sədri 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı barədə düşüncələrini ifadə edərək bildirib ki, həmin ilin 21 noyabr günü əslində tarixi zərurətin reallığa çevrildiyi gün oldu: “Məhz bu tarixi gündə ölkənin bütün bölgələrindən qədim Naxçıvan diyarına gələn 550 nümayəndənin iştirakı ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu, həm də Azərbaycan xalqının taleyində yeni mərhələnin başlanğıcı idi. YAP qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. O dövrdə müxalifət partiyası kimi fəaliyyət göstərsə də, YAP konstruktiv mövqeyi, dövlətçilik maraqlarına sadiqliyi ilə seçilirdi. Bu, Azərbaycanın demokratik siyasi mədəniyyətinin formalaşmasında mühüm addım idi. Ulu Öndər Heydər Əliyev partiyanın məqsədlərini dəqiq müəyyən etmişdi – ölkədə sabitlik yaratmaq, dövlət idarəçiliyini möhkəmləndirmək, qanunun aliliyini təmin etmək və milli birliyi qorumaq. YAP-ın qısa zamanda qazandığı xalq etimadı onun ideoloji təməlindəki səmimiyyətin, vətənpərvərliyin və məsuliyyətin göstəricisi idi. Bu gün Yeni Azərbaycan Partiyası həmin idealların daşıyıcısı kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni dövrün çağırışlarına cavab verən siyasi sistemin əsas dayağına, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Son iyirmi il ərzində partiya həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın siyasi nüfuzunun artmasına xidmət edən layihələrin əsas təşəbbüskarı olub. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi yadda qaldı.

Qurultayda qəbul edilən mühüm qərarlar YAP-ın həm ənənəyə sadiqliyini, həm də yeniliklərə açıq olmasını nümayiş etdirdi. Yeni Proqramda müəyyən olunan 10 strateji istiqamət və 11 əsas hədəf partiyanın qarşısında ölkənin davamlı inkişafı, milli birliyin möhkəmləndirilməsi və sosial rifahın artırılması kimi böyük vəzifələr qoydu. Bu gün YAP təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini ifadə edən, milli həmrəyliyin, dövlətçilik düşüncəsinin və müasir inkişaf modelinin simvoludur. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri, əslində, partiyanın missiyasının mahiyyətini dəqiq ifadə edir. Yeni Azərbaycan Partiyası artıq 30 ildən çoxdur ki, dövlətin inkişafı, xalqın rifahı və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “ümummilli məsələlərdə fərqli fikir ola bilməz”. Məhz bu fikir YAP-ın cəmiyyətə təqdim etdiyi əsas siyasi fəlsəfədir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri