Icma.az
close
up
RU
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid mayor Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun doğum günü qeyd olunub

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid mayor Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun doğum günü qeyd olunub

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid mayor Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun doğum günü qeyd olunub.                                                          

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov  və  23 saylı Kəlbəcər rayon orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 

Tədbir iştirakçıları şəhid Milli Qəhrəman Şahlar Şükürovun ali təhsil aldığl Dövlət İqtisad Unveristetinin ( keçmiş Xalq Təsərrüfatı) inzibatı binasında şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan yeni Memorial-Xatirə Kompleksinini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, önünə gül dəstələri düzüblər.                                             

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid Milli Qəhrəman Şahlar Şükürov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Kəlbəcər-Ağdərə yolundakı qeyi-bərabər döyüş Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. 11 iyul 1990-cı ildə, Kəlbəcər-Ağdərə yolundakı Otaqqayada, qeyri-bərabər döyüşdə Şahlar Şükürov və ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanım şəhidlik zirvəsinə yüksəlib.  Sədr  Həbib Misirov dövlətimiz tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən, həyata keçirdiyi Dövlət Gənclər siyasətindən, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımızın, şəhidlərimizin keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması barədə geniş məlumat verdi. Qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.                                          

Vətən Müharibəsində və anti terror əməliyyatlarında biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.                                                                              

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.

11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.
Ailəli idi. İki övladı var.

Polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see170

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see149

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see139

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see132

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see124

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see121

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri