Icma.az
close
up
RU
YAP mütərəqqi ideyaları reallaşdıran siyasi qüvvədir

YAP mütərəqqi ideyaları reallaşdıran siyasi qüvvədir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin irsinin geniş təbliği istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə sürətli inkişafa nail olunub, ölkəmizdə ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edilib, dövlətimizin beynəlxalq nüfuzu artıb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti mühüm uğurlarla səciyyələnir. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycanın dövlətçilik tarixində əldə etdiyi ən möhtəşəm uğurlardan biridir. R.Cəlilov YAP Cəlilabad rayon təşkilatının fəaliyyətinin səmərəli şəkildə qurulduğunu vurğulayıb.

YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birlik və həmrəyliyi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının regionda yeni reallıqlar yaratdığını, həmçinin Azərbaycanın qlobal arenada cərəyan edən siyasi və iqtisadi proseslərdə fəal aktorlardan birinə çevrildiyini vurğulayıb. O, tarixi Zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını və gələcək nəsillər üçün qürur mənbəyi olacağını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Malik Həsənov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rolundan bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın sosial-iqtisadi inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasına xidmət etdiyini bildirib. Malik Həsənov qeyd edib ki, əldə olunan uğurlar xalqın dövlət siyasətinə və Yeni Azərbaycan Partiyasına olan etimadını bir daha nümayiş etdirir.

Partiya fəalları Gülər İsgəndərova və Aytac Məmmədli, Moranlı kənd tam orta məktəbinin direktoru Ruslan Abasov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, həmçinin təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlardan söz açıblar.

Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyindən söz açıb. O, partiyanın ötən dövr ərzində xalqın inam və etimadını layiqincə doğrultduğunu vurğulayıb.

Konfransda YAP Cəlilabad rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri