Icma.az
close
up
RU
YAP Sədrinin müavini ilə Çjou Quançji arasında görüş keçirildi FOTO

YAP Sədrinin müavini ilə Çjou Quançji arasında görüş keçirildi FOTO

Icma.az bildirir, Metbuat portalına istinadən.

Noyabrın 14-də Çində səfərdə olan YAP nümayəndə heyətinin bu ölkənin Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji ilə görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, YAP nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Ç.Quançji əvvəlcə Szyansu vilayəti haqqında ətraflı məlumat verib. O, Azərbaycan ilə Çin arasında çoxşaxəli münasibətlərin strateji xarakter daşıdığını və uğurla inkişaf etdiyini bildirib. Azərbaycanın Çin Xalq Respublikasının dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu söyləyən Çjou Quançji hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və strateji tərəfdaş kimi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Parlamentlərarası əlaqələrin inkişafının önəmindən söz açan sədr müavini iki dövlətin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Hakim partiyalar arasındakı məhsuldar dialoq şəraitində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edən Çjou Quançji Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əməkdaşlıq memorandumunun imzalanmasının dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarını möhkəmləndirəcəyinə əminliyini ifadə edib. O diqqətə çatdırıb ki, memorandumdan irəli gələn vəzifələrin icra olunması uğurlu nəticələr verməklə qarşılıqlı faydalı işbirliyini daha da gücləndirəcək.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, strateji tərəfdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb.

Asiya ilə Avropanın kəsişməsində olduqca mühüm coğrafi-strateji mövqedə yerləşən, beynəlxalq dialoq və işbirliyi məkanı olan Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yaratdığı yeni reallıqların regionda sülh, sabitlik, təhlükəsizlik, inkişaf və əməkdaşlığa xidmət etməklə yanaşı, həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin qarşısında mühüm perspektivlər açdığını söyləyən YAP Sədrinin müavini respublikamızın dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarı olduğunu bildirib.

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsində həm hakim partiyalar, həm də parlamentlər arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirən Tahir Budaqov qeyd edib ki, YAP ilə ÇKP-nin fəal dialoqu Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi kimi böyük önəmə malikdir: "Hakim partiyalar arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olmaqla müştərək maraqlarımızı təmin edəcək”.

Azərbaycanın regionlarının geniş potensiala və dinamik inkişafa malik olduğunu qeyd edən YAP Sədrinin müavini iki ölkənin bölgələri arasında da əməkdaşlığın perspektivli olduğunu, bu məsələnin xüsusi diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Noyabrın 14-də YAP nümayəndə heyəti “Keyuan” intellektual elm və texnologiya şirkətini də ziyarət edib. Ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri