Icma.az
close
up
RU
YAP: Zəfər Partiyası

YAP: Zəfər Partiyası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının Ümummilli Lideri, şərəfli həyatını millətimizin rifahına həsr etmiş Heydər Əliyevi yenidən siyasi hakimiyyətdə görmək xalqımızın ən böyük arzusu idi. Yalançı meydan qəhrəmanlarından və onların qurduğu yeni partiyalardan yorulan toplum həqiqi xalq lideri Heydər Əliyevi siyasi səhnədə görmək istəyirdi. 

Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaranması cəmiyyətdəki narahatlıqları ifadə edən bir çağırış və milli birliyə xidmət edən addım olaraq tarixə yazıldı. Vətəndaşlar xalqın sözünün həqiqətən eşidiləcəyi, ritorikadan uzaq, daha demokratik bir sistem axtarışında idilər. Cəmiyyətdə formalaşan bu ehtiyac uzun illər yığılıb qalmış ümidlərin və gözləntilərin təbii ifadəsi kimi meydana çıxmışdı. İnsanlar yeni siyasi mühit, real islahatlar və daha ədalətli idarəetmə arzulayırdılar. Bu mənada Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın ağır və sınaqlarla dolu bir dövrünə təsadüf etdi. Ölkənin gələcəyini düşünən ziyalılar məsuliyyətli bir addım ataraq xalqın etimadını qazanacaq yeni siyasi təşkilat ideyasını irəli sürdülər. Bu təşəbbüs cəmiyyətin içindəki narahatlığı sözə çevirən bir çağırış idi və milli birliyə xidmət edən addım kimi tarixə yazıldı.

Bir qrup ziyalıların Ulu Öndər Heydər Əliyevə müraciəti partiyanın yaranmasının təməlini qoydu. Ziyalıların cəsarətli addımı, ölkəni dağıdıcı proseslərdən qoruyaraq yeni siyasi səhifənin açılmasına yol verdi. Ardınca keçirilən təsis konfransı bütün regionları təmsil edən 550 nəfərlik qrupun iştirakı ilə partiyanın nizamnaməsini, proqramını və rəhbərliyini təsdiqlədi. Bu tarix Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

1992-ci ilin 21 noyabrında Naxçıvanda tarixi bir an yaşandı.Təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı. Bu böyük siyasi təşəbbüsün önündə isə Ulu Öndər Heydər Əliyev dayandı və böyük lider yekdilliklə partiyanın sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri müəyyən edildi. Beləliklə, müstəqil Azərbaycanın taleyində yeni bir səhifə açıldı. Yeni Azərbaycan Partiyası xalqın ümidlərini, dövlətçiliyin inkişafını və demokratik gələcəyə inamı öz üzərinə götürdü. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi, demokratik siyasi mədəniyyətin inkişafında rol oynadı və ümumxalq partiyası olaraq sabitlik, inkişafın təminatçısı oldu. Struktur yenilənmələri, idarəetmə islahatları və strateji qərarlar partiyanın çevikliyini artırdı, ictimai dəstəyini genişləndirdi. Bu proses göstərdi ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də dövlətin inkişafı və cəmiyyətin birliyi uğrunda çalışan mühüm institutdur.

Yeni Azərbaycan Partiyası fəaliyyətə başladığı andan etibarən konstruktiv mövqe sərgilədi. Qısa zamanda ölkə rəhbərliyinə gələn partiya Ümummilli Lider Heydər Əliyevin iradəsi və uzaqgörən siyasəti sayəsində müstəqilliyi təhlükə altında olan və vətəndaş müharibəsinin astanasında dayanan Azərbaycanın xilaskarı oldu və tarixə Ümummili Lider kimi imza atdı.

Sonrakı illərdə Partiyanın şərəfli ənənələri Heydər Əliyevin siyasi irsinin layiqli davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi. YAP sədri kimi Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafını sürətləndirərək milli birliyi gücləndirdi və Qarabağ zəfəri ilə Azərbaycanın tarixində unudulmaz bir səhifə açdı. 

Milli birlik uğrunda fəaliyyətin əsas dayaqlarından biri kimi YAP ölkədə partiyalararası siyasi dialoqun inkişafına öncüllük edir. Dövlət siyasətinin prioritetlərindən olan siyasi dialoq təcrübəsi, YAP-ın təşəbbüsləri ilə daha da zənginləşir. İslahatlar partiyası olaraq YAP yeni zirvələrə doğru inamla addımlayır və mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın partiyasıdır.

Partiyanın fəaliyyətində şəffaflıq və vətəndaş mərkəzli yanaşma hər zaman ön plandadır. YAP ölkədə sosial ədalətin möhkəmlənməsi və ictimai iştirakçılığın artırılması üçün davamlı təşəbbüslər göstərir. Xüsusi ilə gənclərin və qadınların ictimai-siyasi həyatdakı rolunun genişləndirilməsi partiyanın əsas prioritetlərindən biridir. Qurtuluşdan zəfərə uzanan şərəfli yol partiyanın həm tarixdə, həm də hazırkı dövrdə cəmiyyətin birləşdirici qüvvəsi olduğunu göstərir. Əminliklə qeyd etmək olar ki, gələcək uğurlar yolunda YAP millətin birliyini və inkişafını daim ön planda saxlayacaqdır. Çünki YAP qalibiyyət partiyasıdır! 

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri