Icma.az
close
up
RU
YAPçılar Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda...

YAPçılar Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda...

Icma.az bildirir, Sia Az portalına istinadən.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

SİA-nın məlumatına görə, partiyadan bildiriblər ki, səfər çərçivəsində noyabrın 14-də nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının prezidenti Çen Jounun moderatorluğu ilə keçirilən tədbirdə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, ÇKP Szyansu vilayət komitəsinin katibi, Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansin açılış nitqləri ilə çıxış ediblər. Xalqlar və dövlətlərə qarşı çoxsaylı təhdidlərin mövcud olduğu və qlobal kataklizmlərin hökm sürdüyü hazırkı vəziyyətdə Qlobal Cənub ölkələrinin dünyada sülh, təhlükəsizlik və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, həmrəylik və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın həyata keçirilməsi üçün səylərinin birləşdirilməsi və ardıcıl fəaliyyət göstərilməsinin əhəmiyyətindən bəhs olunub. Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun Çin və tərəfdaş ölkələri bir araya gətirərək qlobal problemlərin həlli yollarının axtarılması, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması, yeni ideyaların irəli sürülməsi və aktual çağırışlardan irəli gələn təşəbbüslərin reallaşdırılması üçün son dərəcə önəmli platforma olduğu diqqətə çatdırılıb.

Plenar sessiyada nitq söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: “Bu gün Nankində bir araya gəlməyimiz qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir”.

YAP Sədrinin müavini bildirib ki, dünya əhalisinin yarıdan çoxunu təmsil edən Qlobal Cənub özündə həm də ciddi siyasi və nəhəng iqtisadi resursları cəmləşdirir. Mövcud beynəlxalq münasibətlər sisteminin böhranı şəraitində qlobal problemlərin artdığı müasir dünyada qarşılıqlı hörmət, ədalət və ortaq məqsədlərə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi olduqca vacibdir. Bu kontekstdə Çin Xalq Respublikasının rolu xüsusilə diqqətəlayiqdir. Çinin irəli sürdüyü və bir çox ölkələr kimi, Azərbaycanın da dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsi Qlobal Cənubla Şimalın qarşılıqlı faydalı tərəfdaşlığını xeyli genişləndirmək potensialına malikdir.

O diqqətə çatdırıb ki, bugünkü dialoqu təşkil etməklə Çin inkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək, dünyada qarşılıqlı anlaşmanı təşviq etmək və hər kəsə faydalı olan strateji tərəfdaşlıq üçün zəmin yaratmağa sadiqliyini bir daha göstərir. Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir.

Tahir Budaqovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək ərazi bütövlüyünün bərpası ilə çoxillik münaqişəyə son qoyan Azərbaycan təkcə öz suverenliyinin deyil, bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın və qətiyyətlə ortaya qoyur. “Multikulturalizm və dini tolerantlığın ardıcıl tərəfdarı olan Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bunu əyani şəkildə nümayiş etdirib, bu gün də müxtəlif siyasi və humanitar forumların təşəbbüskarı, təşkilatçısı kimi çıxış etməkdədir. Vurğulanıb ki, Bakıda keçirilən COP29. Bu, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaqla onların həlli yollarını tapmaq, ideya və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə Azərbaycanın növbəti töhfəsidir. COP29 tədbiri həm də qlobal kataklizmlərlə mübarizədə səylərin birləşdirilməsi məqsədilə Qlobal Cənub və Qlobal Şimal arasında səmərəli dialoq üçün platformadır”, - deyə YAP Sədrinin müavini əlavə edib.

Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri