Icma.az
close
up
RU
YAPçılar Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda...

YAPçılar Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda...

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. SİA-nın məlumatına görə, partiyadan bildiriblər ki, səfər çərçivəsində noyabrın 14-də nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq" mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının prezidenti Çen Jounun moderatorluğu ilə keçirilən tədbirdə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, ÇKP Szyansu vilayət komitəsinin katibi, Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansin açılış nitqləri ilə çıxış ediblər. Xalqlar və dövlətlərə qarşı çoxsaylı təhdidlərin mövcud olduğu və qlobal kataklizmlərin hökm sürdüyü hazırkı vəziyyətdə Qlobal Cənub ölkələrinin dünyada sülh, təhlükəsizlik və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, həmrəylik və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın həyata keçirilməsi üçün səylərinin birləşdirilməsi və ardıcıl fəaliyyət göstərilməsinin əhəmiyyətindən bəhs olunub. Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun Çin və tərəfdaş ölkələri bir araya gətirərək qlobal problemlərin həlli yollarının axtarılması, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması, yeni ideyaların irəli sürülməsi və aktual çağırışlardan irəli gələn təşəbbüslərin reallaşdırılması üçün son dərəcə önəmli platforma olduğu diqqətə çatdırılıb.

Plenar sessiyada nitq söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: "Bu gün Nankində bir araya gəlməyimiz qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir".

YAP Sədrinin müavini bildirib ki, dünya əhalisinin yarıdan çoxunu təmsil edən Qlobal Cənub özündə həm də ciddi siyasi və nəhəng iqtisadi resursları cəmləşdirir. Mövcud beynəlxalq münasibətlər sisteminin böhranı şəraitində qlobal problemlərin artdığı müasir dünyada qarşılıqlı hörmət, ədalət və ortaq məqsədlərə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi olduqca vacibdir. Bu kontekstdə Çin Xalq Respublikasının rolu xüsusilə diqqətəlayiqdir. Çinin irəli sürdüyü və bir çox ölkələr kimi, Azərbaycanın da dəstəklədiyi "Bir kəmər, bir yol" layihəsi Qlobal Cənubla Şimalın qarşılıqlı faydalı tərəfdaşlığını xeyli genişləndirmək potensialına malikdir.

O diqqətə çatdırıb ki, bugünkü dialoqu təşkil etməklə Çin inkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək, dünyada qarşılıqlı anlaşmanı təşviq etmək və hər kəsə faydalı olan strateji tərəfdaşlıq üçün zəmin yaratmağa sadiqliyini bir daha göstərir. Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir.

Tahir Budaqovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək ərazi bütövlüyünün bərpası ilə çoxillik münaqişəyə son qoyan Azərbaycan təkcə öz suverenliyinin deyil, bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın və qətiyyətlə ortaya qoyur. "Multikulturalizm və dini tolerantlığın ardıcıl tərəfdarı olan Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bunu əyani şəkildə nümayiş etdirib, bu gün də müxtəlif siyasi və humanitar forumların təşəbbüskarı, təşkilatçısı kimi çıxış etməkdədir. Vurğulanıb ki, Bakıda keçirilən COP29. Bu, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaqla onların həlli yollarını tapmaq, ideya və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə Azərbaycanın növbəti töhfəsidir. COP29 tədbiri həm də qlobal kataklizmlərlə mübarizədə səylərin birləşdirilməsi məqsədilə Qlobal Cənub və Qlobal Şimal arasında səmərəli dialoq üçün platformadır", - deyə YAP Sədrinin müavini əlavə edib.

Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri