Icma.az
close
up
RU
YAPın Ağsu rayon təşkilatının 31ci ildönümü münasibətilə tədbir keçirildi FOTO

YAPın Ağsu rayon təşkilatının 31ci ildönümü münasibətilə tədbir keçirildi FOTO

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

20 Noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci, Ağsu rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Redaktor.az ədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Füzuli Abdullayev tədbir iştirakçılarını salamlayaraq, Yeni Azərbaycan Partiyasının 32,  Ağsu rayon təşkilatının 31 illik fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə çalışırlar. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Füzuli Abdullayev qeyd etdi ki, bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.

Tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.

Ağsu rayon Ağsaqqallar şurasının sədri Vaqif Nəzərov, Ağsu rayon Veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalov, Partiya veteranı Əli Hüseynov, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, Ağsu rayon Təhsil sektorunun metodisti Elnur Fərzəlizadə  çıxış edərək Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın sədri,  dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Çıxışlardan sonra YAP Ağsu rayon təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalı Fəxri Fərmanlarla mükafatlandırılıb, partiyaya yeni üzv qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri