Icma.az
close
up
RU
YAPın iqtidarda olmasıyla Azərbaycan dövləti daha da inkişaf edəcək və xalqımızın firavanlığı artacaq DEPUTAT

YAPın iqtidarda olmasıyla Azərbaycan dövləti daha da inkişaf edəcək və xalqımızın firavanlığı artacaq DEPUTAT

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

"YAP-ın iqtidarda olmasıyla Azərbaycan dövləti daha da inkişaf edəcək və xalqımızın firavanlığı artacaq" - DEPUTAT

"Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32 ili tamam olur. YAP zərurətdən yaranan siyasi partiyadır. Amma müxalif partiyası kimi təsis olunsa da yarandığı ilk gündən hökumətə qarşı konstruktiv mövqedə olmuşdur".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, YAP yaranması ölkənin gələcəyinə biganə qala bilməyən Azərbaycan ziyalıların ümumi birliyi ilə orta gətirilmiş bir ideyadan irəli gəldi:

"Ulu Öndər Heydər Əliyevin dövlətçilik, vətənə bağlılıq, demokratik prinsiplərini özündə cəmləyən YAP qısa zaman kəsiyində iqtidar partiyasına çevrilir və müstəqil Azərbaycan dövlətinin xilaskarına çevrilir. Əslində YAP ürəyi vətənlə döyünən insanları Ümummilli Lider Heydər Əliyevin işığında birləşdirmişdir. Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyət dövrü keçdiyi böyük bir tarixi yolla zəngindir. Partiyanın ideyaları Azərbaycanı parçalanmaqdan xilas etməklə güclü müstəqil dövlətin yaradılması üzərində qurulmuşdur. Belə ki, Ümummili Lider Heydər Əliyevin sədrliyi ilə YAP Azərbaycanda güclü müstəqil dövlətin əsaslarının yaradılmasında yaxından iştirak etdi. Əslində YAP iqtidara gəldiyi ilk gündən dövlətin siyasi kursu ilə yanaşı addımlayır və uğurlu bir siyasi fəaliyyəti ilə ümumxalq partiyasına çevrilmişdir.
26 mart 2005-ci ildə YAP-ın sədr seçilən Prezident İlham Əliyev Ümummilli Lider heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir və Azərbaycanı qalib bir ölkəyə çevirir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu və xalqımız Ulu Öndərin ən böyük arzusunu həyata keçirərək Şuşada dövlət bayrağımızı dalğalandırıldı.
5 mart 2021-ci ildə keçirilən YAP-ın VII qurultayı partiyanın tərkibində struktur islahatların aparılması, yeni nizamnamə və proqramın qəbul edilməsi ilə partiyanın siyasi fəaliyyətində yeni hədəflər müəyyənləşdirir. Bu hədəflərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsində yaxından iştirak etmək, ölkədə milli həmrəyliyin və birliyin daha da möhkəmləndirilməsi, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunmasının genişləndirilməsini özündə əks etdirir".

Deputat vurğulayıb ki, bu gün YAP regionun ən böyük siyasi gücü olmasıyla yanaşı dünyanın böyük siyasi partiyaları ilə geniş əməkdaşlıq edilməsini genişləndirir:

"Belə ki, 12 noyabr 2024-cü ildə Çin Xalq Respublikasında səfərdə olan YAP nümayəndə heyəti Çin Komunist Partiyası ilə əməkdaşlığa dair memorandum imzalamışdır. YAP dünyanın güclü ölkələrin siyasi partiyaları ilə əməkdaşlığını genişləndirməklə dövlətlər arası münasibətlərin genişlənməsinə və ölkəmizin siyasi mövqelərin möhkəmlənməsinə töhfə verir. YAP Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının daha da yaxşılaşmasına və ölkədə xalq iqtidar birliyinin möhkəmlənməsinə xidmət edir. YAP-ın iqtidarda olduğu illər Azərbaycan dövlətinin qurulmasına, siyasi və iqtisadi müstəqilliyinin təmin olunmasına, dünyada mövqelərimizin möhkəmlənməsinə və Azərbaycanın qalib dövlət olmasına xidmət etmişdir. Məhz YAP-ın iqtidarda olmasıyla Azərbaycan dövləti daha da inkişaf edəcək və xalqımızın firavanlığı artacaqdır. Bu baxımdan YAP "Dünənin, bu günün və gələcəyin partiyasıdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri