Yaponiya 2040 cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiya yeni iqtisadi artım strategiyası çərçivəsində 2040-cı ilədək ümumi dövlət və özəl investisiyaların hədəf göstəricisini təxminən 2,3 trilyon dollar həcmində müəyyən etmək niyyətindədir.
"Cebheinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 370 trilyon yen həcmində investisiya proqramı süni intellekt, yarımkeçiricilərin istehsalı daxil olmaqla 17 strateji sahəni əhatə edəcək.
Strategiyanın artıq gələn həftə hökumət tərəfindən təqdim ediləcəyi gözlənilir.
Bildirilib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti özəl sektor tərəfindən investisiyaları stimullaşdırmaq üçün dövlət xərclərindən istifadə etməyi nəzərdə tutur.
Bundan əlavə, hökumət ölkənin iqtisadi təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən layihələrin sabit maliyyələşdirilməsini təmin etmək məqsədilə çoxillik büdcə sisteminin yaradılması imkanını nəzərdən keçirir. Xərclərin bir hissəsi xüsusi borc alətlərinin buraxılması hesabına qarşılana bilər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















