Yaponiya Azərbaycanın Osakada keçiriləcək “Expo 2025”də fəal iştirakını gözləyir
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiya Azərbaycanın Osaka şəhərində baş tutacaq “Expo-2025” sərgisində fəal iştirakını gözləyir.
“Report” Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycanın Tokiodakı səfiri Gürsel İsmayılzadənin xarici işlər üzrə dövlət naziri Hisayuki Fucii ilə görüşündə müzakirə olunub.
Söhbət zamanı tərəflər Cənubi Qafqaz regionundakı vəziyyət də daxil olmaqla beynəlxalq vəziyyəti, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir iki ölkə arasında dekarbonizasiya sahəsində əməkdaşlığa marağın artdığını qeyd edib, həmçinin 2024-cü il dekabrın 25-də baş vermiş AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.
G.İsmayılzadə öz növbəsində vətəndaşlar arasında qarşılıqlı səfərlərin və iki ölkə arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb, eyni zamanda Yaponiya ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Fevral 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















