Yaponiya daha çox xarici tələbə cəlb etmək istəyir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pekin, 19 fevral, AZƏRTAC
Yaponiyanın Təhsil Nazirliyi beynəlxalq rəqabətin güclənməsi fonunda 3 dövlət universitetinə xaricdən daha çox tələbə qəbul etməyə icazə verib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, müəyyən tələblərə cavab verən Tohoku, Tsukuba və Hiroşima universitetləri xarici tələbə kvotasını artırıb. Hazırda bu təhsil ocaqlarının hər birində xarici tələbələrin kvotası təkrəqəmlidir. Yeni qərarla xarici tələbə kvotası müvafiq olaraq 20, 29 və 10 faizə qaldırılacaq.
Nazirliyin açıqlamasında bildirilir ki, 2024-cü ildə Yaponiyada rekord sayda 336 min xarici tələbə olub. Qurum 2033-cü ilədək bu rəqəmi 400 minə çatdırmağı hədəfləyib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2023-cü ildə apardığı sorğuda bakalavr təhsili alan xarici tələbələrin nisbəti Avstraliyada 17 faiz, Böyük Britaniya və Kanadada 15 faiz, Yaponiyada isə cəmi 3 faiz təşkil edib. Təhsil Nazirliyi xaricdən gələn əlaçı tələbələrin Yaponiya universitetlərinin tədqiqat imkanlarını gücləndirəcəyinə və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 19 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















