Yaponiya Rusiyadan olan 11 fiziki və 29 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Yaponiya Rusiya Federasiyasından 11 fiziki və 29 hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.
APA xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən CMRBank, RFK Bank və Timer Bank olmaqla üç bank da sanksiyalara məruz qalıb.
Yaponiya Rusiyanın maşınqayırma üzrə QHT-lərinə, Aleksinski kimya zavoduna, eləcə də bir sıra QHT-lərə və müəssisələrə qarşı sanksiyalar tətbiq edir.
Bundan başqa Yaponiya sanksiyalar çərçivəsində Rusiyanın 22 şirkətinə də ixrac məhdudiyyətləri tətbiq edib.
Bir KXDR vətəndaşı və Gürcüstandan bir bank da sanksiyalar siyahısına daxil edilib.
Sansksiyalar çərçivəsində həmçinin Çin, BƏƏ, Qazaxıstan, Qırğızıstan, Tailand və Türkiyədən olan 31 şirkətə qarşı ixrac məhdudiyyətləri tətbiq edilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Yanvar 2025 05:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















