Icma.az
close
up
RU
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”

“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Trampın Çinə səfərini ən azı altı həftə təxirə salması İrana qarşı müharibənin yekunlaşmaması ilə əlaqəlidir. Donald Trampın martın sonlarında, aprel ayının ilk günlərində Çinə səfər edəcəyi barədə xəbər ABŞ-nin İrana müharibəyə başlamadan öncə yayılmışdı. Görünür, Tramp və onun ətrafı düşünürdü ki, Çinə səfərə qədər İran təslim olacaq. İran zəifləsə də, müqavimətini davam etdirir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, belə vəziyyətdə Donald Tramp İranla məsələləri bitirmədən Çinə səfərin doğru olmayacağı qənaətinə gəlib:

“Tramp Çinə səfərin təxirə salındığını martin 19-da Ağ Evdə Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüş zamanı bildirib. “Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm” – deyən Tramp Pekinlə Tokio arasında gərginliyin qaldığını vurğulayıb. Tramp bunu ona görə xatırladıb ki, bu gərginliyi də yalnız o aradan qaldıra bilər. ABŞ Prezidenti ilə Yaponiyanın baş naziri iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcəkləri barədə razılığa gəliblər. Sanae Takaiçi Yaponiyanın ABŞ iqtisadiyyatına 73 milyard dollar yatırım qoyacağını vəd edib. Bundan başqa Yaponiya ABŞ-dan idxal etdiyi neftin həcmini artıracaq. İki ölkənin liderinin görüşündə beynəlxalq mövzular da müzakirə edilib. Sanae Takaiçi İran məsələsində ABŞ-i dəstəklədiyini bildirib. Yaponiyanın baş naziri Hörmüz boğazındakı mürəkkəb vəziyyətin Yaxın Şərqlə yanaşı Hind və Sakit Okean bölgəsinə də mənfi tsətirləri olduğunu söyləyib”.

Onun sözlərinə görə, Donald Tramp Hörmüz boğazı məsələsində Tokiodan əməli dəstək gözlədiyini gizlətməyib:

““Yaponiyanın 45 min hərbçisi var” – deyən Tramp yaponiyalı hərbçilərin Hörmüz boğazının təhlükəsizliyində iştirakını arzuladığını bildirib. Tokio üçün bu məsələdə qərar vermək çətindir. Yaponiyanın baş naziri sözdə ABŞ-i dəstəklədiyini bildirsə də, İrana qarşı müharibədə rol almaq istəmir. Ancaq Tokionun manevr imkanları məhduddur. Tokio Trampın dəstək çağırışlarına səssiz qalarsa, ABŞ-ın Yaponiyanı hərbi sahədə dəstəyi zəifləyə bilər. Bu isə bölgədə hərbi gücünü artıran Çinin işinə yarayacaq ki, bu halda Yaponiya üçün ciddi təhlükəsizlik problemi yaranacaq. Tokio həm də ondan narahatdır ki, Donald Tramp Çinə səfəri zamanı Yaponiyanın maraqlarını arxa plana ata bilər. Çinin hərbi gəmiləri Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərinin sayını artırıb. Çinin Tayvanı nəzarətə götürmək siyasəti də Tokionu ciddi narahat edir. Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq. Tokionun Vaşinqtonun dəstəyinə ehtiyacı var. Belə olan halda Tokio Vaşinqtonun istəklərini nəzərə almaq məcburiyyətindədir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Mart 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri