Yaponiya Çinin yeni militarizm ittihamlarını rədd edib
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiya Çinin "yeni militarizm" ittihamlarını rədd edib və Pekinin hərbi potensialının sürətlə artırılmasından narahatlığını ifadə edib.
"Report" xəbər verir ki, bunu Yaponiya müdafiə naziri Sindziro Koidzumi Sinqapurdakı "Shangri-La Dialogue" forumunda bəyan edib.
Onun sözlərinə görə, Çin müdafiə xərclərini yüksək səviyyədə artırmağa davam edir, eyni zamanda, Pekinin hərbi fəaliyyəti kifayət qədər şəffaf deyil.
"Nəhəng nüvə silahı arsenalına və strateji bombardmançılara malik olan bir ölkə var. Yaponiyada bunların heç biri yoxdur, lakin məhz Yaponiya "yeni militarizm" tərəfdarı adlandırılır", - Koidzumi deyib.
O vurğulayıb ki, Yaponiyanın müharibədən sonrakı tarixi onun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqliyini sübut edir.
Koidzumi həmçinin bəyan edib ki, Tokio ikitərəfli münasibətlərin kəskinləşməsinə baxmayaraq, Pekinlə dialoqa hazırdır. Nazir qeyd edib ki, Yaponiya regional çəkindirmə potensialını gücləndirməyi və Asiya-Sakit okean bölgəsində müdafiə avadanlığı sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
Daha əvvəl Çinin Xarici İşlər Nazirliyi region ölkələrini Yaponiyanın hərbi fəaliyyətinə qarşı sayıq olmağa və müqavimət göstərməyə çağırıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 31 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















