Yaponiyada ayıları silahla vurmağa icazə verən yeni qayda qüvvəyə minir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Bu gündən etibarən Yaponiyada polisin ayıları vurmaq üçün silahdan istifadəsinə icazə verilir.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ölkədə son vaxtlar ayı hücumlarının artmasına cavab olaraq belə bir addım atılıb.
Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, aprel ayından etibarən ayıların hücumu nəticəsində ölən insanların sayı rekord həddə - 13-ə çatıb.
Qeyd edək ki, indiyədək polis yerli sakinlərin təxliyəsi, ətrafın təhlükəsizliyinin təmin edilməsi və ayıların göründüyü məktəb yollarında patrul xidmətinin yaradılması kimi tədbirlər görüb.
Baxış sayı:78
Bu xəbər 13 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















