Icma.az
close
up
RU
Yaponiyada insanlar niyə buxarlanır?

Yaponiyada insanlar niyə buxarlanır?

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən insanın ayaq səsləri bir gün dayanır, amma onun yoxluğu qapılarda, küçələrdə, fotoşəkillərin küncündə qalır. Gündüzlərin səs-küyü arasında bir səssizlik yaranır. Adını çağırırsan, gəlmir, amma sanki haradasa nəfəsini hiss edirsən. Yoxa çıxmaq bəzən ölmək deyil, sadəcə bir daha cavab verməməkdi.

İnsanın içində elə bir an olur ki, bütün dünyadan çox öz səsini eşitmək istəyir. Günlərin eyni, rolların daraldığı, həyatın sənə deyil, sənə yazılan bir ssenariyə çevrildiyi anda bəziləri sadəcə gedir. Onlar ölümə yox, səssizliyə sığınırlar. Bəzən bu səssizlik azadlıq, bəzən təslimiyyət, bəzən də sadəcə “başqa cür yaşamaq” istəyidi.

Yaponiyada bu yoxa çıxma halına bir ad qoyublar — “Johatsu”, yəni buxarlanmaq. Bir gün varsan, ertəsi gün yox. Nə məktub, nə iz, nə də səbəb. Hər il minlərlə insan izsiz yox olur. İşdən evə geri qayıtmır, ailə ilə əlaqə kəsilir, bank hesabları bağlanır, ad sanki heç mövcud olmayıb kimi silinir.

Amma “Johatsu” bir gizlənmək aktı deyil. Bu, bəzən utancın, borcun, uğursuzluğun, ailə içi gərginliyin, ya da sadəcə yaşamaqdan yorulmanın sükutla ifadəsi olur. Bu insanlar bəzən cəmiyyətin gözündə artıq bacarmamış sayılır. Onlar özlərini silməklə sanki başqalarının gözlərindəki utancı da silmək istəyirlər.

Yaponiyanın uzun illər formalaşmış utanc mədəniyyətində, yəni hər kəsin davranışını başqalarının gözündəki təsirinə görə ölçdüyü bir sistemdə yoxa çıxmaq bəzən “yenidən doğulmaq” qədər təmiz və cəsarətli bir hərəkət sayılır. Həyatın yükünü daşımaq mümkün olmadıqda, onu tərk etmək bir üsyan, bir azadlıq forması olur.

Ancaq bir sual qalır: bu insanlar həqiqətən qaçır, yoxsa sadəcə daha səssiz bir yerdə yaşamağı seçirlər?
“Johatsu” fenomeni, əslində, yalnız Yaponiyanın deyil, bütün müasir dünyanın tək səsli, mükəmməllik təzyiqi altındakı insanlarının aynasıdır.

Hər birimiz bəzən yox olmaq istəyirik və heç kimə demədən, heç nə izah etmədən, sadəcə olmadığımız bir yerdə nəfəs almaq üçün. Amma çox azımız bunu həqiqətən edir. Bəlkə də “Johatsu” dediyimiz bu qəribə yoxluq, əslində, dünyanın ən sakit üsyanıdır. Çünki kimliyini silmək, səsini susdurmaq və öz kölgəsindən belə uzaqlaşmaq sadəcə qaçış deyil, həm də var olmağın başqa bir yoludur.

Amma “Johatsu” fenomenini anlamaq üçün əvvəlcə bu cəmiyyətin utanc mədəniyyətini dərk etmək lazımdır. Bütün sosial münasibətlərin, davranışların və hətta duyğuların mərkəzində “başqaları nə düşünəcək?” sualı dayanır. Burada insanın kim olduğu deyil, digərlərinin onu necə gördüyü əsasdır. Amerikalı antropoloq Ruth Benedict öz məşhur “The Chrysanthemum and the Sword” (1946) əsərində Yaponiyanı “utanc mədəniyyəti” (shame culture) adlandırmışdı.

O yazırdı: "Yapon cəmiyyətində insanın davranışlarını tənzimləyən əsas mexanizm vicdan deyil, ictimai baxışdır”.

Bu fikir çox şeyi izah edir. Qərb cəmiyyətlərində günah hissi daha fərdi məsələdirsə, Yaponiyada utanc kollektivdir. Sən səhv edəndə, yalnız özünü deyil, ailəni, soyadını, işlədiyin yeri də utandırırsan. Belə bir sistemdə bir səhvin, bir zəifliyin sosial dəyəri çox yüksək olur. Məhz buna görə də Yaponiyada bir çox insan, xüsusən də kişilər, işdən çıxarılmaq, borca düşmək, ailə ilə üzləşmək kimi hallarda, var olmaqdansa yox olmağı seçir. Yəni cəmiyyətin gözündə uğursuz olmaq, bəzən sadəcə olmamaqdan daha ağır gəlir.

Sosioloq Hiroki Azuma bir müsahibəsində demişdi ki: “Yaponiyada insanın kimliyi onun sosial maskası ilə eyniləşir. O maska düşəndə, insanın özü də yox olur”.

Bu cümlə “Johatsu”nu bir metafora kimi açır ki, maska düşür və insan buxarlanır. Bu, nə intihar, nə də tam bir qaçışdır. Bu, sosial kimliyini tərk etməyin, yəni sistemin tələblərini səssizcə rədd etməyin bir yoludur.

Bəzən “Johatsu” seçimi, ailəni qorumaq üçün edilir. Çünki bir üzvün borcu, iflası və ya sosial rüsvayçılığı bütün ailəyə ləkə kimi yapışır. O adam yox olanda, bu ləkə də sanki unudulur. Yoxa çıxmaq beləliklə həm şəxsi, həm də ailəvi bir xilas mərasiminə çevrilir.

Amma bu utanc mədəniyyəti təkcə sosial münasibətləri deyil, insanın psixikasını da dərinliklərdə formalaşdırır.
Bəzən insanın içində elə bir yorğunluq yığılır ki, o yorğunluğun adı nə depressiya, nə tənhalıq, nə də qaçmaq istəyi olur. Sadəcə bir hiss, sanki artıq dünyaya sığmırsan. Hər səhər eyni küçələr, eyni insanlar, eyni cümlələr… və bir anda anlayırsan ki, sən bu təkrarın içində tükənmisən. O an insan yox olmaq istəmir, sadəcə artıq görünməmək istəyir.

İtmişlərin psixologiyası buradan doğur. Onlar yox olmaqla məğlub olmur, əksinə, öz həyatlarının ağrısını nəzarətsiz buraxırlar. Çünki cəmiyyətin tələbləri içində mükəmməl olmaq yükü onları nəfəs almaqdan belə məhrum edib. Hər səhv, hər borc, hər zədələnmiş münasibət ayıb sayılır, utanca çevrilir. Belə bir mühitdə insanın daxili dünyası sıxılır, sonra birdən və səssizcə partlayır. Amma bu partlayış səs çıxarmır, çünki o, bir yoxluqla nəticələnir.

Psixoloqlar deyirlər ki, uzun müddətli sosial təzyiq altında insanın “mən” hissi donmağa başlayır. Donmuş “mən” isə nə ağlayır, nə gülür sadəcə uzaqlaşmaq istəyir. “Johatsu” bəzən bir növ ruhi donmanın nəticəsidir. İnsan içindəki səsi itirəndə, xarici səsi də susdurur. Yoxa çıxmaq beləliklə bir növ daxili səssizliyi bərpa etmək cəhdinə çevrilir.

Bu cümlə əslində bir varoluş fəlsəfəsinin qapısını açır. Bəzən azadlıq elə heç kimin tanımadığı biri olmaqdan keçir. Yeni bir ad, yeni bir şəhər, yeni bir nəfəs… İnsan bəzən kimliyini silməklə deyil, onu sıfırdan yazmaqla sağ qalır. Amma bu azadlığın içində qəribə bir ağrı da gizlidir. Çünki itmək həm də bir növ özündən ayrılmaqdır. Hər nə qədər yeni başlanğıc arzusu daşısa da, bu qərarın arxasında çox vaxt dərin bir tənhalıq, dərin bir susqunluq yatır. İnsan bəzən elə düşünür ki, yox olarsa, nəhayət, kimsə onun ağrısını fərq edəcək. Amma çox vaxt fərq edən olmur.

Yenə də bu yoxluq bir məğlubiyyət deyil. Əksinə, “Johatsu” bəzən insanın ən cəsarətli qərarıdır, çünki bu qərarda ölüm yoxdur, amma ölüm qədər dərin bir ayrılıq var. O, səs-küyə tabe olmamağın, sistemin ritmini pozmağın, başqalarının gözündə kim olmalıyam sualına səssiz bir cavab verməyin yoludur.
Yoxa çıxmaqla insan bəzən nəhayət nəfəs almağı öyrənir. Çünki bəzən azadlıq var olmaqda deyil artıq görünməməkdədir.

Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri